Ali-İmran surəsi · 75-ci ayə

Kitab əhlindən eləsi var ki, əgər ona çoxlu malı əmanət tapşırsan, onu sənə qaytarar. Həmçinin onlardan eləsi (də) vardır ki, əgər ona bircə dinarı tapşırsan, daim başı üstündə dayanmayınca (və öz malını ondan tələb etməyincə), onu sənə qaytarmaz! Bu onların «savadsızların (yəhudi olmayanların) bizə bir yolu (bizdən bir şey tələb etmək hüquqları) yoxdur» demələrinə (bu əqidədə olmalarına) görədir. Onlar (öz sözlərinin puç olmasını) bilə-bilə Allaha yalan nisbət verirlər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 75
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Kitab əhli arasında elələri var ki, əgər onlara böyük sərvət tapşırsan, onu sənə necə varsa elə qaytararlar. Onlardan bəzisinə isə bir dinar əmanət versən, daim başı üzərində durub tələb etməsən, geri qaytarmazlar. Bunun səbəbi odur ki, deyərlər: "Ümmilərin (kitab əhli olmayanların) haqqında nə etsək, bizə günah yoxdur.” Halbuki onlar agah şəkildə Allaha yalan deyirlər.”
Nöqtələr
Rəvayətdə bildirilir ki, əmanət sahibi günahkar da olsa, onun əmanətini özünə qaytarın.(Təfsire-Məcməül-bəyan”, c. 2, səh. 778.)
Bildirişlər
1. Müxaliflərinizlə münasibətdə insaflı olun. Hamını xain saymayın.
2. İnsanları dəyərləndirmə ölçüsü onların əmanətdarlığıdır.
3. Əxlaqi dəyərlərin əhəmiyyəti var. Əmanətə vəfa göstərmək hamının nəzərində yaxşı, əmanətə xəyanət isə hamının nəzərində pisdir. Hətta yəhudiyə məxsus əmanətin də qaytarılması bir dəyərdir.
4. Haqqı geri almaq üçün qiyam və müqavimət zəruridir.
5. İstismar, irqçilik qadağandır.
6. Yəhudi və məsihilər özlərini alim, müsəlmanları isə savadsız, ümmi sayırdılar.
7. Günahdan qabaq günaha diqqət gəlir. Yəhudilər xalqın malını haqsız yerə yeyirdilər və deyirdilər: «Allah bu işimizdən razıdır.»

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 75-ci ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 75-ci ayəsi nə haqqındadır?
Kitab əhlindən eləsi var ki, əgər ona çoxlu malı əmanət tapşırsan, onu sənə qaytarar. Həmçinin onlardan eləsi (də) vardır ki, əgər ona bircə dinarı tapşırsan, daim başı üstündə dayanmayınca (və öz malını ondan tələb etməyincə), onu sənə qaytarmaz! Bu onların «savadsızların (yəhudi olmayanların) bizə bir yolu (bizdən bi...
Ali-İmran surəsi 75-ci ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 75-ci ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 75-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 75-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 75-ci ayənin təfsiri nədir?
"Kitab əhli arasında elələri var ki, əgər onlara böyük sərvət tapşırsan, onu sənə necə varsa elə qaytararlar. Onlardan bəzisinə isə bir dinar əmanət versən, daim başı üzərində durub tələb etməsən, geri qaytarmazlar. Bunun səbəbi odur ki, deyərlər: "Ümmilərin (kitab əhli olmayanların) haqqında nə etsək, bizə günah yoxdur.” Halbuki onlar agah şəkildə Allaha yalan deyirlər.” Nöqtələr Rəvayətdə bildirilir ki, əmanət sahibi günahkar da olsa, onun əmanətini özünə qaytarın.(Təfsire-Məcməül-bəyan”, c. 2...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.