Ali-İmran surəsi · 78-ci ayə

Və əlbəttə, onlardan (yəhudilərdən) elə bir dəstə vardır ki, kitabı (təhrif olunmuş Tövratı) oxuyarkən sizin onun səmavi kitabdan olmasını güman etməyiniz üçün öz dillərini (məharətlə) bükürlər, halbuki o, səmavi kitabdan deyildir. Və o, Allah tərəfindən olmadığı halda deyirlər: «O, Allah tərəfindəndir». Bilərəkdən Allaha yalan nisbət verirlər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 78
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Həqiqətən, onların (kitab əhlinin) bir dəstəsi kitab oxuyarkən dillərini elə dolaşdırırlar ki, onların səmavi kitab oxuduqlarını güman edəsiniz. Halbuki oxuduqları kitabdan deyil. Deyirlər: "Bu, Allah tərəfindəndir.” Halbuki Allah tərəfindən deyil. Onlar bilərək Allahın adından yalan danışırlar.”
Nöqtələr
Təqvasız alimlərin günahı qat-qat böyükdür. Çünki onlar xalqı çaşdırır, Allahın adından yalan danışır və bütün bu işləri bilərəkdən edirlər.
Bildirişlər
1. Mühakimə yürüdərkən insaflı olaq və hamıya bir gözlə baxaq.
2. Kitab əhli arasında xain alimlərin olması şübhə doğurmur.
3. Avamları sözlə aldatmaq alimlərin günahlarındandır.
4. İti və gözəl danışıq haqqı bəyan etmirsə, azğınlıq vasitəsidir.
5. Xalqı azdıranlar dini müqəddəslikləri və səmavi kitabları özləri üçün alət edirlər.
6. Batil məqsədlər həyata keçirmək üçün həqiqətdən istifadə etmək düşmənlərin mənfur planlarındandır.
7. Düşmən sizi azdırmaq üçün şərait gördükdə təhlükəli iddialar irəli sürür.
8. İnsanın əqidə və mədəniyyətinə ən böyük xəyanət alimlərin qərəzli və agahanə təhrifləridir.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 78-ci ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 78-ci ayəsi nə haqqındadır?
Və əlbəttə, onlardan (yəhudilərdən) elə bir dəstə vardır ki, kitabı (təhrif olunmuş Tövratı) oxuyarkən sizin onun səmavi kitabdan olmasını güman etməyiniz üçün öz dillərini (məharətlə) bükürlər, halbuki o, səmavi kitabdan deyildir. Və o, Allah tərəfindən olmadığı halda deyirlər: «O, Allah tərəfindəndir». Bilərəkdən All...
Ali-İmran surəsi 78-ci ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 78-ci ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 78-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 78-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 78-ci ayənin təfsiri nədir?
"Həqiqətən, onların (kitab əhlinin) bir dəstəsi kitab oxuyarkən dillərini elə dolaşdırırlar ki, onların səmavi kitab oxuduqlarını güman edəsiniz. Halbuki oxuduqları kitabdan deyil. Deyirlər: "Bu, Allah tərəfindəndir.” Halbuki Allah tərəfindən deyil. Onlar bilərək Allahın adından yalan danışırlar.” Nöqtələr Təqvasız alimlərin günahı qat-qat böyükdür. Çünki onlar xalqı çaşdırır, Allahın adından yalan danışır və bütün bu işləri bilərəkdən edirlər. Bildirişlər 1. Mühakimə yürüdərkən insaflı olaq və ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.