Əl-Bəqərə surəsi · 10-cu ayə

Onların qəlblərində xəstəlik (küfr, şəkk və nifaq xəstəliyi) vardır, Allah da xəstəliklərini artırmış və artırmaqdadır və danışdıqları yalanın müqabilində onlar üçün ağrılı bir əzab vardır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ : Bəqərə surəsi 10-cu ci ayə
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
10. فِي قُلُوبِهِم مَّرَضٌ فَزَادَهُمُ اللّهُ مَرَضاً وَلَهُم عَذَابٌ أَلِيمٌ بِمَا كَانُوا يَكْذِبُونَ
"Münafiqlərin qəlbində xəstəlik vardır. Allah onların xəstəliyini daha da artırar. Onlar yalan danışdıqları üçün şiddətli əzaba düçar olacaqlar.”
Nöqtələr
Bəzən xəstəlik bədənə aid olur. Məsələn, "Bəqərə”, surəsinin 185-ci ayəsində xəstələrin orucluq hökmləri bəyan olunur. Bəzən isə xəstəlik ruha aid olur. Haqqında danışdığımız ayədə ruhun nifaq xəstəliyinə işarə edilir.
Münafiq gölməçəyə düşmüş üfunətli leşə bənzəyir. Hövzədə su artdıqca bu leşin fəsadı daha da artır, üfunət qoxusu daha da çoxalır. Nifaq insanın ruhunda yer tutduqda o, Allah tərəfindən nazil olmuş ayə və hökmlərin qarşısında təslim olmaq əvəzinə riyakarlığa əl atır və öz nifaqını artırır. Xəstə ruh bütün əməl və rəftarları riyakarlığa, nifaqa yoluxdurur. Bu, xəstəliyin güclənməsi nişanəsidir.
"Allah onların xəstəliyini artırır” cülməsi nifrin də ola bilər. Yəni artıq xəstələnmiş qəlbdə xəstəlik daha da gücləndirilir.
Bildirişlər
1. Nifaq ruhi xəstəlik, münafiq isə xəstədir. Xəstə sağlam və ya ölü olmadığı kimi, münafiq də nə mömindir, nə də kafir.
2. İnsanın mahiyyəti onun qəlbindən və ruhundan ibarətdir. Qəlb bütünlüklə insan deməkdir. Çünki ruh və qəlb çaşdıqda bu çaşqınlığın əsərləri sözdə və əməldə bilinir.("Bəqərə”, 12; "Bəqərə”, 13. )
3. Nifaq xərçəng xəstəliyi kimi arta bilər. Quranda elm, hidayət və iman kimi bəyənilmiş sifətlər də arta bilən xüsusiyyətlər kimi tanıtdırılır.
4. Özünü yüksəldən də, süquta uğradan da insan özüdür.
5. Yalançılıq münafiqlərin məşhur usullarındandır.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 10-cu ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 10-cu ayəsi nə haqqındadır?
Onların qəlblərində xəstəlik (küfr, şəkk və nifaq xəstəliyi) vardır, Allah da xəstəliklərini artırmış və artırmaqdadır və danışdıqları yalanın müqabilində onlar üçün ağrılı bir əzab vardır.
Əl-Bəqərə surəsi 10-cu ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 10-cu ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 10-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 10-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 10-cu ayənin təfsiri nədir?
10. فِي قُلُوبِهِم مَّرَضٌ فَزَادَهُمُ اللّهُ مَرَضاً وَلَهُم عَذَابٌ أَلِيمٌ بِمَا كَانُوا يَكْذِبُونَ "Münafiqlərin qəlbində xəstəlik vardır. Allah onların xəstəliyini daha da artırar. Onlar yalan danışdıqları üçün şiddətli əzaba düçar olacaqlar.” Nöqtələr Bəzən xəstəlik bədənə aid olur. Məsələn, "Bəqərə”, surəsinin 185-ci ayəsində xəstələrin orucluq hökmləri bəyan olunur. Bəzən isə xəstəlik ruha aid olur. Haqqında danışdığımız ayədə ruhun nifaq xəstəliyinə işarə edilir. Münafiq gölməçəyə düşm...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.