Əl-Bəqərə surəsi · 101-ci ayə

Onlara (yəhudi və xristianlara) Allah tərəfindən əllərində olanı (Tövrat və İncili) təsdiq edən bir peyğəmbər gəldikdə, onlardan kitab (elmi) verilmiş bir dəstə Allahın kitabına (Qur’ana və ya öz kitablarına, onun Allahın kitabı olmasını) bilmirmiş kimi arxa çevirdi.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 101
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Elə ki, Allah tərəfindən onlarda olanı (Tövratı) təsdiq edən peyğəmbər soraqlarına gəldi, kitab əhlindən bir qismi Allahın kitabına arxa çevirdi. Sanki bu işdən tamamilə xəbərsiz idilər.”
Nöqtələr
Yəhudi alimləri Peyğəmbərin (s) besətindən qabaq xalqa onun qarşıdakı zühuru ilə müjdə verirdilər. Onlar öz kitablarından bu peyğəmbər haqqındakı nişanələri bəyan edirdilər. Yəhudi alimlərində elə nişanələr vardı ki, onlar həzrət Məhəmmədi (s) öz övladları tək tanıyırdılar. Amma həzrətin besətindən sonra həmin nişanələri gizlədib, inkar etməyə başladılar.
Bildirişlər
1. Müxaliflərlə qarşılaşdıqda insaflı rəftar etmək lazımdır. Əvvəlki ayədə buyurulurdu ki, onların əksəri iman gətirməsə də, bir qismi başqa cürdür. Bu ayədə də qeyd olunur ki, onlardan bir qismi belədir. Yəni onların hamısına eyni gözlə baxılmamalıdır.
2. Əməl olunmayan bir elm cəhl kimidir. Bildiklərini bir tərəfə qoyub həqiqəti gizlədən alimlər, "sanki bilmirlər" təbiri ilə yad edilirlər.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 101-ci ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 101-ci ayəsi nə haqqındadır?
Onlara (yəhudi və xristianlara) Allah tərəfindən əllərində olanı (Tövrat və İncili) təsdiq edən bir peyğəmbər gəldikdə, onlardan kitab (elmi) verilmiş bir dəstə Allahın kitabına (Qur’ana və ya öz kitablarına, onun Allahın kitabı olmasını) bilmirmiş kimi arxa çevirdi.
Əl-Bəqərə surəsi 101-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 101-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 101-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 101-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 101-ci ayənin təfsiri nədir?
"Elə ki, Allah tərəfindən onlarda olanı (Tövratı) təsdiq edən peyğəmbər soraqlarına gəldi, kitab əhlindən bir qismi Allahın kitabına arxa çevirdi. Sanki bu işdən tamamilə xəbərsiz idilər.” Nöqtələr Yəhudi alimləri Peyğəmbərin (s) besətindən qabaq xalqa onun qarşıdakı zühuru ilə müjdə verirdilər. Onlar öz kitablarından bu peyğəmbər haqqındakı nişanələri bəyan edirdilər. Yəhudi alimlərində elə nişanələr vardı ki, onlar həzrət Məhəmmədi (s) öz övladları tək tanıyırdılar. Amma həzrətin besətindən so...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.