Əl-Bəqərə surəsi · 105-ci ayə

Nə kitab əhlindən olan kafirlər, nə də müşriklər Rəbbiniz tərəfindən sizə (vəhy, kitab və qələbə kimi) bir xeyir nazil olmasını sevmirlər, halbuki Allah Öz rəhmətini istədiyi şəxsə məxsus edər. Allah böyük lütf, mərhəmət sahibidir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 105
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Kitab əhlindən olan kafirlər və müşriklər sizə Rəbbinizdən heç bir xeyir nazil olmasını istəmirlər. Halbuki Allah Öz rəhmətini istədiyinə aid edər. Allah böyük fəzl sahibidir.”
Nöqtələr
Bu ayə yəhudi və məsihi müşriklərinin və kafirlərin müsəlmanlara münasibətdə kin və ədavətləri üzərindən pərdəni götürür. Onlar müsəlmanların böyük bir peyğəmbərə və səmavi kitaba malik olduğunu görmək istəmirdilər. Bəli, müsəlmanlar tövhid nidasını bütün dünyaya çatdırmaq, irqi və milli ayrıseçkiliklərlə, müşriklərin xürafatları və kitab əhlinin təhrifləri ilə mübarizə əzmindədirlər. Onlar avamların böyüklər tərəfindən aldadılmasına mane olurlar. Allah bu ayədə buyurur ki, Allahın lütf və mərhəməti onun iradəsinə əsasən istədiyi şəxsə nazil olar və bu işin kimsənin istəyib-istəməməsindən asılılığı yoxdur!
Bildirişlər
1. Düşmənin qəlb istəklərini və iç ruhiyyəsini tanıyın. Heç vaxt onlara meyl etməyin. Onlar azcıq da olsa, müsəlmanların xeyir tapmasını istəmirlər.
2. Xeyir vermək rübubiyyət şənindəndir.
3. Allaha təvəkkül edin və düşmənin kinindən, həsədindən qorxmayın.
4. Həsədçinin həsədi Allahın lütf istəyinə heç bir təsir göstərə bilməz.
5. Allahın fəzl və rəhməti, hidayəti bütün xalqlara və qövmlərə şamildir və təkcə Bəni-İsrailə və digər bir qrupa aid deyil.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 105-ci ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 105-ci ayəsi nə haqqındadır?
Nə kitab əhlindən olan kafirlər, nə də müşriklər Rəbbiniz tərəfindən sizə (vəhy, kitab və qələbə kimi) bir xeyir nazil olmasını sevmirlər, halbuki Allah Öz rəhmətini istədiyi şəxsə məxsus edər. Allah böyük lütf, mərhəmət sahibidir.
Əl-Bəqərə surəsi 105-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 105-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 105-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 105-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 105-ci ayənin təfsiri nədir?
"Kitab əhlindən olan kafirlər və müşriklər sizə Rəbbinizdən heç bir xeyir nazil olmasını istəmirlər. Halbuki Allah Öz rəhmətini istədiyinə aid edər. Allah böyük fəzl sahibidir.” Nöqtələr Bu ayə yəhudi və məsihi müşriklərinin və kafirlərin müsəlmanlara münasibətdə kin və ədavətləri üzərindən pərdəni götürür. Onlar müsəlmanların böyük bir peyğəmbərə və səmavi kitaba malik olduğunu görmək istəmirdilər. Bəli, müsəlmanlar tövhid nidasını bütün dünyaya çatdırmaq, irqi və milli ayrıseçkiliklərlə, müşri...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.