Əl-Bəqərə surəsi · 106-cı ayə

Hər hansı bir nişanəni aradan aparsaq, ya yaddaşlardan silsək, ondan daha xeyirlisini, ya onun bənzərini gətirərik (hər hansı bir Qur’an ayəsini, ya ümumi bir hökmü, ya hansısa bir ilahi dəlili və ya digər əlamətləri götürsək, onun yerinə başqasını gətirərik). Məgər Allahın hər bir şeyə qadir olmasını bilmirsən?!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 106
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Hər hansı ayəni nəsx (ləğv) etsək və ya onu təxirə salsaq, ondan da yaxşısını və ya onun kimisini göndərərik. Məgər bilmirsənmi ki, Allah hər şeyə qadirdir?!”
Nöqtələr
"Nunsiha” sözü "insa” məsdərindən olub, təxirə salmaq və ya ləğv etmək mənasını verir. Bu mənada ki, ayənin nüzulu təxirə düşər və bir müddət sonra nazil olar.
Bu ayə yəhudilərin mənfi təbliğatına cavabdır. Onlar soruşurdular ki, nə üçün İslamda bəzi qanunlar dəyişilir? Nə üçün qiblə Beytül Müqəddəsdən Kəbəyə dəyişdirildi? Əgər əvvəlki düz idisə, bəs sonrakı göstəriş nə üçündür? Əgər ikinci göstəriş düzdürsə, demək sizin əvvəlki əməlləriniz batil imiş!
Quran bu iradlara cavab olaraq bildirir ki, hər hansı bir hökm nəsx olduqda və ya təxirə salındıqda onun yerinə daha üstünü və ya onun kimisi göndərilir. Quran yersiz irad tutanlara cavab olaraq bildirir ki, onlar tərbiyəvi, ictimai-siyasi hökmlərin əsərlərindən qəflətdədirlər. Həkim öz xəstəsinə birinci mərhələdə təyin etdiyi dərmanları növbəti mərhələdə dəyişə bilər. Şagird inkişaf etdikcə müəllim də onun dərs proqramında dəyişiklik aparır. Allah da müxtəlif zaman və şəraitlərdə bəşərə daha kamil proqramlar təqdim edir.
Ayədə nəzərdə tutulanlardan biri də cəmiyyətdə imamın mövcudluğu, hər bir imamın canişini olmasıdır. Çünki uyğun ayə ilə bağlı hədisdə oxuyuruq: "Hər imam dünyadan gedəndə başqa bir imam onun canişini olur.("Maidə”, 64. )
Bildirişlər
1. İnsan öz fitri və sabit ehtiyacları ilə bəzən xususi ictimai, iqtisadi, siyasi və hərbi şəraitlərə düşür. Belə məqamlarda sabit qanunlarla yan-yana dəyişən göstərişlər olmalıdır. Nəsx peyğəmbər və onun canişinlərinin göstərişi yolu ilə həyata keçir.
2. Hökmün dəyişməsi əvvəlki hökmlərin uğursuzluğu deyil. Əslində nəsx yeni məsələlərə həkimanə diqqətin nəticəsidir. Necə ki, sinifdən sinfə kitab və müəllim dəyişir.
3. Zahirdə göstərişlər dəyişkən, peyğəmbərlər isə çoxsaylıdır. Amma Allahın lütfü eynidir.
4. Hökmlərin dəyişməsi, onların təxirə salınması Allahın əlindədir.
5. Daim daha üstün önə çəkilməlidir.
6. İslamda dalan (çıxılmaz vəziyyət) yoxdur. Bəzi qanunlar dəyişə bilər.
7. Qanun dəyişməsi müxtəlif şəraitlərin və yeni tələblərin ortaya çıxmasından əlavə, qüdrətə ehtiyaclıdır.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 106-cı ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 106-cı ayəsi nə haqqındadır?
Hər hansı bir nişanəni aradan aparsaq, ya yaddaşlardan silsək, ondan daha xeyirlisini, ya onun bənzərini gətirərik (hər hansı bir Qur’an ayəsini, ya ümumi bir hökmü, ya hansısa bir ilahi dəlili və ya digər əlamətləri götürsək, onun yerinə başqasını gətirərik). Məgər Allahın hər bir şeyə qadir olmasını bilmirsən?!
Əl-Bəqərə surəsi 106-cı ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 106-cı ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 106-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 106-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 106-cı ayənin təfsiri nədir?
"Hər hansı ayəni nəsx (ləğv) etsək və ya onu təxirə salsaq, ondan da yaxşısını və ya onun kimisini göndərərik. Məgər bilmirsənmi ki, Allah hər şeyə qadirdir?!” Nöqtələr "Nunsiha” sözü "insa” məsdərindən olub, təxirə salmaq və ya ləğv etmək mənasını verir. Bu mənada ki, ayənin nüzulu təxirə düşər və bir müddət sonra nazil olar. Bu ayə yəhudilərin mənfi təbliğatına cavabdır. Onlar soruşurdular ki, nə üçün İslamda bəzi qanunlar dəyişilir? Nə üçün qiblə Beytül Müqəddəsdən Kəbəyə dəyişdirildi? Əgər ə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.