Əl-Bəqərə surəsi · 107-ci ayə

Məgər bilmirsənmi ki, göylərin və yerin həqiqi mülkiyyəti, səltənəti və höküməti yalnız Allaha məxsusdur?! (Çünki hər bir şeyin yaradılışı, qorunması, idarə olunması və yox edilməsi Onun istəyindən asılıdır.) Sizin Allahdan başqa heç bir başçı və yardımçınız yoxdur?!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 107
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

"Məgər bilmirsənmi ki, göylərin və yerin hökuməti Allaha məxsusdur? (Onun hikmət əsasında dəyişiklik etməyə haqqı var.) Sizin Allahdan başqa heç bir yardımçınız və himayədarınız yoxdur.”

Nöqtələr
Bəzi hökm və göstərişlərin dəyişməsinə etiraz edənlər Allahın mütləq hakimiyyətinə diqqətsizdirlər. Allahın hakimiyyəti daimi, zati və ümumidir. Allahın hakimiyyətindən qeyri hakimiyyətlər məhdud, müvəqqəti, razılığa əsaslanan və qeyri-zatidir. Bəni-İsrail ilahi hakimiyyət haqqında belə düşünürdü ki, Allah hansısa işi görməkdə qüdrətsizdir və Onun əli bağlıdır.("Təfsiri-Fəxr Razi”.  ) Hansı ki, yaranışda, eləcə də qanunların tənzimlənməsi və dəyişdirilməsində Allahın əli açıqdır.
Bildirişlər
1. Göylərin və yerin həmişəlik və mütləq hakimiyyət haqqı Allaha məxsusdur.
2. Qanunları dəyişmək göylərin və yerin hakimi olan Allahın işidir. Ona görə də bu dəyişiklikdə qorxu və təlaşa yer yoxdur...
Bəhanəçi və inadkar adamları razı salmağa çalışmayın. Çünki sizə Allahdan başqa yardımçı və himayəçi yoxdur.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 107-ci ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 107-ci ayəsi nə haqqındadır?
Məgər bilmirsənmi ki, göylərin və yerin həqiqi mülkiyyəti, səltənəti və höküməti yalnız Allaha məxsusdur?! (Çünki hər bir şeyin yaradılışı, qorunması, idarə olunması və yox edilməsi Onun istəyindən asılıdır.) Sizin Allahdan başqa heç bir başçı və yardımçınız yoxdur?!
Əl-Bəqərə surəsi 107-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 107-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 107-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 107-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 107-ci ayənin təfsiri nədir?
"Məgər bilmirsənmi ki, göylərin və yerin hökuməti Allaha məxsusdur? (Onun hikmət əsasında dəyişiklik etməyə haqqı var.) Sizin Allahdan başqa heç bir yardımçınız və himayədarınız yoxdur.” Nöqtələr Bəzi hökm və göstərişlərin dəyişməsinə etiraz edənlər Allahın mütləq hakimiyyətinə diqqətsizdirlər. Allahın hakimiyyəti daimi, zati və ümumidir. Allahın hakimiyyətindən qeyri hakimiyyətlər məhdud, müvəqqəti, razılığa əsaslanan və qeyri-zatidir. Bəni-İsrail ilahi hakimiyyət haqqında belə düşünürdü ki, Al...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.