Əl-Bəqərə surəsi · 108-ci ayə

. Yoxsa siz də Peyğəmbərinizdən bundan qabaq Musadan (Allahın gözlə görülməsi) istənilən kimi (qeyri-mümkün və ya faydasız bir iş) istəmək istəyirsiniz?! İmanın yerinə küfrü qəbul edən şəxs, həqiqətən, doğru yolu itirmişdir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 108
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Bundan qabaq Musa sorğu-suala tutulduğu kimi, siz də öz peyğəmbərinizə yersiz sual və istəklərinizi ünvanlamaqmı istəyirsiniz? Küfrü imanla mübadilə edən, şübhəsiz, doğru yoldan azmışdır.”
Nöqtələr
Ayənin özünə və onun nüzul şəni haqqındakı məlumatlara görə, bəzi zəif imanlı müsəlmanlar və bəzi müşriklər peyğəmbərə yersiz və məntiqsiz suallar verirdilər. Məsələn, ondan istəyirdilər ki, Allah tərəfindən bir namə gətirsin. Ondan çaylar axıtmasını tələb edənlər də vardı. Bəni-İsrail kimi deyirdilər ki, Allahı bizə aşkar göstər, Onu görüb iman gətirək!
Peyğəmbərin haqlı olduğunu göstərmək üçün möcüzəyə və höccətin tamamlanmasına ehtiyac var. Amma hər yoldan ötənin istəyini yerinə yetirmək düzgün deyil. Bir mühəndis və ya rəssam öz məharətini göstərmək üçün işlərindən bir neçə nümunə təqdim edir. Amma hər yoldan ötən üçün əsər yaratmağa zərurət yoxdur.
Peyğəmbərlərin tarixini və onların rastlaşdıqları çətinlikləri bəyan etməkdə məqsəd İslam peyğəmbərinə təsəlli verməkdir. Peyğəmbərə bildirilir ki, əvvəlki peyğəmbərlərə də belə yersiz istəklərlə müraciət olunmuşdur.
Bildirişlər
1. Yersiz sual və istəklərdən çəkinin. Bəzən bu işlər küfr zəminəsi yaradır.
2. Digər din ardıcılları üçün olan təhlükələr müsəlmanlar üçün də mövcuddur.
3. Başqalarının aqibətindən ibrət götürün.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 108-ci ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 108-ci ayəsi nə haqqındadır?
. Yoxsa siz də Peyğəmbərinizdən bundan qabaq Musadan (Allahın gözlə görülməsi) istənilən kimi (qeyri-mümkün və ya faydasız bir iş) istəmək istəyirsiniz?! İmanın yerinə küfrü qəbul edən şəxs, həqiqətən, doğru yolu itirmişdir.
Əl-Bəqərə surəsi 108-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 108-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 108-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 108-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 108-ci ayənin təfsiri nədir?
"Bundan qabaq Musa sorğu-suala tutulduğu kimi, siz də öz peyğəmbərinizə yersiz sual və istəklərinizi ünvanlamaqmı istəyirsiniz? Küfrü imanla mübadilə edən, şübhəsiz, doğru yoldan azmışdır.” Nöqtələr Ayənin özünə və onun nüzul şəni haqqındakı məlumatlara görə, bəzi zəif imanlı müsəlmanlar və bəzi müşriklər peyğəmbərə yersiz və məntiqsiz suallar verirdilər. Məsələn, ondan istəyirdilər ki, Allah tərəfindən bir namə gətirsin. Ondan çaylar axıtmasını tələb edənlər də vardı. Bəni-İsrail kimi deyirdilə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.