Əl-Bəqərə surəsi · 110-cu ayə

Namaz qılın və zəkat verin. Özünüz üçün qabağa nə yaxşı əməl göndərsəniz onu(n hamısını) Allahın yanında tapacaqsınız. Həqiqətən, Allah etdiyiniz (bütün) əməlləri görəndir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 110
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Namaz qılın, zəkat ödəyin. Özünüz üçün əvvəlcədən göndərdiyiniz hər bir xeyiri Allahın yanında tapacaqsınız. Həqiqətən də, Allah sizin əməllərinizi görəndir.”
Nöqtələr
104-cü ayədəki "Ya əyyuhəlləzinə amənu” ("ey iman gətirənlər”) xitabından sonra bu ayə müsəlmanlara üçüncü göstərişi bəyan edən ayədir.
Birinci göstərişdə Allah peyğəmbərlə söhbət ədəbini gözləməyi xatırladır. Bildirilir ki, peyğəmbərlə danışarkən diqqətli olmaq və düşmənlərin, müxaliflərin əlinə məsxərə bəhanəsi verməmək lazımdır.
İkinci göstəriş yeni əmr çıxarılanadək kitab əhlinin kin və həsədinə göz yummaqdır.
Üçüncü göstəriş namaz qılmaq və zəkat ödəməkdir. Müsəlmanlar müxaliflərin kin və həsədinə düçar olduqları və bağışlamaq əmri aldıqları vaxt namaz vasitəsi ilə Allahla rabitələrini, zəkat vasitəsi ilə cəmiyyətdəki məhrumlarla bağlılıqlarını gücləndirməlidirlər.
Bildirişlər
1. Quranda namaz göstərişi, adətən, zəkat göstərişi ilə yanaşı bəyan olunmuşdur. Yəni Allahın zikri xalqa diqqətlə müşayiət olunmalıdır.
2. İnsanın əməlləri qiyamət səhnəsinə onun özündən qabaq daxil olur.
3. Xeyir işin miqdarı, kəmiyyəti əsas deyil. Hər kəs öz gücü həddində xeyir iş görməlidir.
4. Xeyir işlər qiyamət üçün hifz olunar.
5. İlahi hüzura və qiyamətdəki mükafata iman saleh əməlin ən möhkəm amillərindəndir.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 110-cu ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 110-cu ayəsi nə haqqındadır?
Namaz qılın və zəkat verin. Özünüz üçün qabağa nə yaxşı əməl göndərsəniz onu(n hamısını) Allahın yanında tapacaqsınız. Həqiqətən, Allah etdiyiniz (bütün) əməlləri görəndir.
Əl-Bəqərə surəsi 110-cu ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 110-cu ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 110-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 110-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 110-cu ayənin təfsiri nədir?
"Namaz qılın, zəkat ödəyin. Özünüz üçün əvvəlcədən göndərdiyiniz hər bir xeyiri Allahın yanında tapacaqsınız. Həqiqətən də, Allah sizin əməllərinizi görəndir.” Nöqtələr 104-cü ayədəki "Ya əyyuhəlləzinə amənu” ("ey iman gətirənlər”) xitabından sonra bu ayə müsəlmanlara üçüncü göstərişi bəyan edən ayədir. Birinci göstərişdə Allah peyğəmbərlə söhbət ədəbini gözləməyi xatırladır. Bildirilir ki, peyğəmbərlə danışarkən diqqətli olmaq və düşmənlərin, müxaliflərin əlinə məsxərə bəhanəsi verməmək lazımdı...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.