Əl-Bəqərə surəsi · 113-cü ayə

Yəhudilər dedilər: «Xristianlar haqq dində deyildirlər.» Və xristianlar dedilər: «Yəhudilər doğru dində deyildirlər.» Halbuki, onların hamısı (səma) kitab(ı) oxuyurlar. (Deməli iddiaların hər ikisi səhvdir və hər iki şəriət yalnız öz zamanlarında haqdır.) (Müşriklər kimi) nadanlar da onların sözləri kimi (sözlər) dedilər (ki, müsəlmanlar haqq deyildirlər). Odur ki, barəsində ixtilafa düşdükləri şey barəsində onların aralarında Qiyamət günü Allah hökm edəcəkdir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 113
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Yəhudilər dedilər: "Məsihilər haqq deyil." Məsihilər isə belə dedilər: "Yəhudilər haqlı deyil." Hansı ki, onlar səmavi kitab oxuyurlar. Eləcə də digər nadanlar onlar kimi danışdılar. Allah qiyamət günü onların arasında ixtilafda olduqları şey haqqında mühakimə yürüdəcək.”
Nöqtələr
Hər bir dəstənin o biri dəstəni inkar etməsi kitab əhlinin təəssübkeşliyi ilə bağlı ayənin açıqladığı başqa bir sifətdir. Yəhudilər məsihiləri, məsihilər isə yəhudiləri Allah hüzurunda dəyərsiz və batil kimi tanıtdırırdı. Bu sayaq rəftarlar onların təəssübkeşlik ruhiyyəsindən qaynaqlanırdı. Əgər onlar öz səmavi kitablarına diqqətli olsaydılar, bu sayaq rəftarlardan əl çəkərdilər. Sonra buyurulur ki, müşriklər və bütpərəstlərin səmavi kitabı olmasa da, onlar da eyni cür rəftar edirlər. Yəni batil əqidə sahibləri bir-birlərini heç vəchlə qəbul etmirlər. Amma bütün bu ixtilaflar qiyamət günü Allahın mühakiməsi ilə sona çatasıdır. Onlar bir gün haqqı müşahidə edərlər.
Bildirişlər
1. Yersiz təəssüb və dəlilsiz inhisarçılıq qadağandır. Başqalarının təhqiri və nəzərə alınmaması istibdad və eqoizm nişanəsidir. (Hər kəs özündə olanlara görə lovğalanır və lovğalıqlar bir çox fitnələrin köküdür. "Möminun” surəsinin 53-cü ayəsində də bu məsələyə işarə olunmuşdur.)
2. İnsanda təəssüb və eqoistlik olduqda elm də hidayət edə bilmir. Kitab əhli öz kitabını oxuya bilirdi. Amma inhisarçılıq ruhiyyəsi onların oxuduqlarını təsirdən salırdı.
3. Təəssübə aludə olan cəmiyyətdə alim və cahil oxşar şəkildə düşünür. Cahil müşriklər Tövrat və İncil oxuyanların dediklərini deyirdilər.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 113-cü ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 113-cü ayəsi nə haqqındadır?
Yəhudilər dedilər: «Xristianlar haqq dində deyildirlər.» Və xristianlar dedilər: «Yəhudilər doğru dində deyildirlər.» Halbuki, onların hamısı (səma) kitab(ı) oxuyurlar. (Deməli iddiaların hər ikisi səhvdir və hər iki şəriət yalnız öz zamanlarında haqdır.) (Müşriklər kimi) nadanlar da onların sözləri kimi (sözlər) dedil...
Əl-Bəqərə surəsi 113-cü ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 113-cü ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 113-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 113-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 113-cü ayənin təfsiri nədir?
"Yəhudilər dedilər: "Məsihilər haqq deyil." Məsihilər isə belə dedilər: "Yəhudilər haqlı deyil." Hansı ki, onlar səmavi kitab oxuyurlar. Eləcə də digər nadanlar onlar kimi danışdılar. Allah qiyamət günü onların arasında ixtilafda olduqları şey haqqında mühakimə yürüdəcək.” Nöqtələr Hər bir dəstənin o biri dəstəni inkar etməsi kitab əhlinin təəssübkeşliyi ilə bağlı ayənin açıqladığı başqa bir sifətdir. Yəhudilər məsihiləri, məsihilər isə yəhudiləri Allah hüzurunda dəyərsiz və batil kimi tanıtdırı...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.