Əl-Bəqərə surəsi · 115-ci ayə

Şərq və qərb (yer kürəsi, eləcə də şərq və qərbi olan bütün planetlər) Allaha məxsusdur. Odur ki, (bütün dua və ibadətlərdə) hansı tərəfə üz tutsanız Allahın üzü (səmti) oradır. Şübhəsiz Allah (vücud, qüdrət və rəhmət baxımından) geniş və biləndir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 115
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Şərq də, qərb də Allahındır. Demək, haraya üz tutsanız, üzü Allaha tərəfsiniz. Həqiqətən, Allah əhatə edən və biləndir.”
Nöqtələr
Müsəlmanların qibləsi Beytül-Müqəddəsdən Kəbəyə dəyişdikdən sonra yəhudilər ortaya şəkk-şübhə çıxararaq, bu iş üçün dəlil istəyirdilər. Hərçənd əvvəlki ayələrdə icmali şəkildə Allah bu cür etirazların cavabını bildirmişdi. Bu ayədə isə uyğun həqiqət bir daha ortaya qoyulur və bəyan olunur ki, şərq də, qərb də Allahındır, haraya üz tutsanız Allah oradadır. Kəbənin qiblə kimi müəyyənləşdirilməsində məqsəd müsəlmanların birliyini nümayişə qoymaq və İbrahimin şirklə mübarizə xatirəsini təzələməkdir. Kəbənin müqəddəsliyi və möhtərəmliyi də buna əsaslanır.
Mərcələrin (din alimlərinin) əhkam risalələrində bildirildiyi kimi, müstəhəb namazlarda qiblə şərt deyil. Hətta yol gedə-gedə, süvari halda da bu namazları qılmaq olar. Uyğun ayəni açıqlayan bəzi rəvayətlərdə də bu məsələyə işarə olunmuşdur. İmam Baqir (ə) buyurmuşdur: "Bu ayə müstəhəb namaz haqqında nazil olmuşdur.”(Ali-İmran”, 191.)
Əgər əvvəlki ayəyə görə, bir müxalif dəstə məscidin xaraba qoyulması yolunda çalışırsa, siz həvəsdən düşməyin ki, Allaha üz tutma yalnız xüsusi bir cəhətə həsr olunmayıb.
İstər şərqə, istərsə də qərbə üz tutmaq (qiblə) tərbiyəvi xarakter daşıyır. Əsas məqsəd Allahın xatırlanması və Onunla rabitədir. Quran bir dəstənin haqqında xoş sözlər deyərək buyurur: "Onlar Allahı ayaq üstə, oturmuş vəziyyətdə və yatmış halda yad edirlər.”("Bəqərə”, 177. ) Qiblənin dəyişməsi ilə bağlı yaranmış hay-küyə cavab olaraq buyurulur: "Ey xalq! Yaxşılıq üzünüzü şərqə və ya qərbə doğru tutmaqda deyil. Yaxşılıq sizin Allaha həqiqi imanınızda və Allah bəyənən işlər görməyinizdədir.”("Tövbə”, 30. )
Əvvəlki ayədə məscidlərin xaraba qoyulması ən böyük zülm kimi təqdim olunsa da, bu ayədə müjdə verilir ki, həmin işə görə məyus olmamalı, ümidsizliyə qapılmamalıyıq. Bütün dünya ibadət məhəlli və bütün varlıq aləmi qibləgahdır.
Bildirişlər
1. Allahın əmri ilə yerinə yetirilən və ilahi rəngə malik olan hər bir iş "vəchullah”, ibadətdir.
2. Allah hər yerdə hazırdır və hər şeyi görür.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 115-ci ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 115-ci ayəsi nə haqqındadır?
Şərq və qərb (yer kürəsi, eləcə də şərq və qərbi olan bütün planetlər) Allaha məxsusdur. Odur ki, (bütün dua və ibadətlərdə) hansı tərəfə üz tutsanız Allahın üzü (səmti) oradır. Şübhəsiz Allah (vücud, qüdrət və rəhmət baxımından) geniş və biləndir.
Əl-Bəqərə surəsi 115-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 115-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 115-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 115-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 115-ci ayənin təfsiri nədir?
"Şərq də, qərb də Allahındır. Demək, haraya üz tutsanız, üzü Allaha tərəfsiniz. Həqiqətən, Allah əhatə edən və biləndir.” Nöqtələr Müsəlmanların qibləsi Beytül-Müqəddəsdən Kəbəyə dəyişdikdən sonra yəhudilər ortaya şəkk-şübhə çıxararaq, bu iş üçün dəlil istəyirdilər. Hərçənd əvvəlki ayələrdə icmali şəkildə Allah bu cür etirazların cavabını bildirmişdi. Bu ayədə isə uyğun həqiqət bir daha ortaya qoyulur və bəyan olunur ki, şərq də, qərb də Allahındır, haraya üz tutsanız Allah oradadır. Kəbənin qib...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.