Əl-Bəqərə surəsi · 117-ci ayə

(O,) göyləri və yeri yoxdan (layihə və plansız) yaradandır. Bir şeyin vücuda gəlməsi əmrini verəndə, ona yalnız «ol!» deyər, (həmin şey də) dərhal olar. (Bir şeyi istədiyi zaman həmin şey dərhal vücuda gələr.)

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 117
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Göyləri və yeri var edən Odur. Bir şeyi vücuda gətirmək istədikdə yalnız deyər: "Ol!” O da dərhal vücuda gələr.”
Nöqtələr
O bütün mövcudların maliki olmaqdan əlavə, həm də onların xaliqidir. Bu da dərhal və əvvəlcədən plan cızmadan baş verər. Belə bir varlığın övlada nə ehticayı var? Nə vaxt bir şeyi yaratmaq istəsə "ol” deyər, o da dərhal vücuda gələr. Həzrət Rizanın (ə) təbirincə, "Allah öz işində hətta "ol” deməyə də ehtiyaclı deyil. Onun istəməsi ilə yaratması birdir.("Ənfal”, 29. )
Bu bir neçə ayədə ilahi qüdrətlə tanış olduq. "Şərq də, qərb də Onun üçündür.” "Göylər və yer Onun üçündür.” "Hamı onun qarşısında təvazökar və mütidir.” "Göyləri və yeri heçdən yaradan Odur.” "Onun fərmanı ilə hər şey vücuda gəlir.”
Allah bir anda yaratdığı kimi, bir anda da hər şeyi aradan götürə bilər. Necə ki, "İbrahim” surəsinin 19-cu ayəsində buyurulur: "Allah istəsə, sizi aradan götürüb yerinizə yeni bir xalq gətirər.” Hər şeyin varlığı və yoxluğu əlində olan bir qüdrətə iman insana fövqəladə güc verir, onu ümidsizlikdən uzaqlaşdırır.
Bildirişlər
1. Allah heçdən və misilsiz yaradır.
2. Allah bir anda bütün varlıq aləmini yarada bilir. Amma Onun hikməti tələb edir ki, işlərdə səbəb silsiləsi olsun və yaranış tədricən baş versin.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 117-ci ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 117-ci ayəsi nə haqqındadır?
(O,) göyləri və yeri yoxdan (layihə və plansız) yaradandır. Bir şeyin vücuda gəlməsi əmrini verəndə, ona yalnız «ol!» deyər, (həmin şey də) dərhal olar. (Bir şeyi istədiyi zaman həmin şey dərhal vücuda gələr.)
Əl-Bəqərə surəsi 117-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 117-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 117-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 117-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 117-ci ayənin təfsiri nədir?
"Göyləri və yeri var edən Odur. Bir şeyi vücuda gətirmək istədikdə yalnız deyər: "Ol!” O da dərhal vücuda gələr.” Nöqtələr O bütün mövcudların maliki olmaqdan əlavə, həm də onların xaliqidir. Bu da dərhal və əvvəlcədən plan cızmadan baş verər. Belə bir varlığın övlada nə ehticayı var? Nə vaxt bir şeyi yaratmaq istəsə "ol” deyər, o da dərhal vücuda gələr. Həzrət Rizanın (ə) təbirincə, "Allah öz işində hətta "ol” deməyə də ehtiyaclı deyil. Onun istəməsi ilə yaratması birdir.("Ənfal”, 29. ) Bu bir ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.