Əl-Bəqərə surəsi · 120-cu ayə

Sən yəhudi və xristianların dinlərinə tabe olmayınca, onlar heç vaxt səndən razı qalmayacaqlar. De: «Həqiqətən (əsl) hidayət yalnız Allahın hidayətidir». Əgər sənə gələn elmdən sonra, onların nəfsi istəklərinə tabe olsan, Allah tərəfindən sənin üçün əsla bir başçı və yardımçı olmayacaqdır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 120
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Ey peyğəmbər!) Yəhudi və məsihilərin ayinlərinə tabe olanadək onlar səndən razı qalmayacaqlar. De ki, hidayət yalnız Allahın hidayətidir. Sənə elm gəldikdən sonra onların nəfs istəklərinə tabe olsan sənin üçün Allah tərəfindən heç bir yardımçı olmayacaq.”
Nöqtələr
Qiblə dəyişdikdən sonra yəhudilərin müsəlmanlara münasibətdəki narahatlıqları daha da artdı. Bəzi müsəlmanlar da yəhudilərlə mehriban münasibət qurmaq üçün Beytül-Müqəddəsin qiblə qalmasını istəyirdilər. Onlar anlamırdılar ki, əvvəlki qiblədə qalmaqla yəhudiləri razı sala bilməyəcəklər. Yəhudilər müsəlmanların təkcə qiblə məsələsində yox, bütün ayinlərdə onlara tabe olmasını istəyirdilər.
Bu ayədə İslam peyğəmbəri ilə yanaşı bütün müsəlmanlara xitab olunur. Yəhudilər onlara təslim olmayıb, ilahi dəyərlərdən üz döndərməyən müsəlmanlardan tarix boyu razı olmamışlar və bundan sonra da olmayacaqlar. Biz müsəlmanlar onlara qəti şəkildə rədd cavabı verib bilməliyik ki, səadət yolu yəhudilərə itaət yox, ilahi vəhy yoludur.
Bildirişlər
1. Düşmən aza qane deyil. Onu yalnız sizin tam süqutunuz, məktəbinizin məhvi, məqsədlərinizin puça çıxması razı sala bilər.
2. Əgər müsəlmanlar görsələr ki, kafirlər onların dinindən razıdır, öz dindarlıqlarına şübhə etməlidirlər. Kafirin bəyəndiyi dindarlıq özü küfrdür.
3. İlahi vəhy və hidayətdən savay bütün yollar yanlışdır.
4. Alimin məsuliyyəti cahilin məsuliyyətindən daha çoxdur.
5. Kitab əhli ilə rabitələr dindən əl çəkmək bahasına başa gəlməməlidir. Başqalarını cəzb etmək yaxşıdır, üsuldan geri çəkilmək isə heç vaxt!
6. Xalqın nəfs istəklərinə təbeçilik insanı ilahi lütfdən məhrum edir. Ya Allahın lütfünü seçməliyik, ya da xalqın nəfs istəklərini.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 120-cu ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 120-cu ayəsi nə haqqındadır?
Sən yəhudi və xristianların dinlərinə tabe olmayınca, onlar heç vaxt səndən razı qalmayacaqlar. De: «Həqiqətən (əsl) hidayət yalnız Allahın hidayətidir». Əgər sənə gələn elmdən sonra, onların nəfsi istəklərinə tabe olsan, Allah tərəfindən sənin üçün əsla bir başçı və yardımçı olmayacaqdır.
Əl-Bəqərə surəsi 120-cu ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 120-cu ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 120-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 120-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 120-cu ayənin təfsiri nədir?
"(Ey peyğəmbər!) Yəhudi və məsihilərin ayinlərinə tabe olanadək onlar səndən razı qalmayacaqlar. De ki, hidayət yalnız Allahın hidayətidir. Sənə elm gəldikdən sonra onların nəfs istəklərinə tabe olsan sənin üçün Allah tərəfindən heç bir yardımçı olmayacaq.” Nöqtələr Qiblə dəyişdikdən sonra yəhudilərin müsəlmanlara münasibətdəki narahatlıqları daha da artdı. Bəzi müsəlmanlar da yəhudilərlə mehriban münasibət qurmaq üçün Beytül-Müqəddəsin qiblə qalmasını istəyirdilər. Onlar anlamırdılar ki, əvvəlk...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.