Əl-Bəqərə surəsi · 128-ci ayə

«Ey Rəbbimiz, bizi Özünə (əmrlərinə) təslim et, övladlarımızdan da Sənə təslim olan ümmət (yarat), bizim (Həcc, qurban kəsmək və qurbanlıq yerləri kimi) ibadət əməllərimizi bizə göstər və bizə nəzər sal ki, həqiqətən çox mehriban, tövbələri qəbul edən və rəhmli Sənsən!»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 128
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(İbrahim və İsmail dedilər:) Pərvərdigara! Bizi Özünə təslim et, nəslimizdən (də) Sənə təslim olacaq ümmət qərar ver, pərəstişin yolunu və qaydasını bizə göstər və tövbəmizi qəbul et. Həqiqətən, Sən tövbələri qəbul edən, mehribansan.”
Nöqtələr
Həzrət İbarahim və İsmail hər ikisi Allahın zibh əmrini ən ali təslim dərəcəsində yerinə yetirsələr də, yenə də uyğun ayədə Allahdan diləyirlər ki, onları Öz fərmanına təslim etsin. Onlar Allahdan daha böyük təslimçilik və ya təslim ruhiyyəsinin davamını istəyirlər. yalnız Allaha təslim olan kəs nə büt düzəldən əmisinə təslim olur, nə bütlərin qarşısında diz üstə çökür, nə də zalım hakimlərə (tağuta) itaət edir.
Bildirişlər
1. Bugünkü kamilliyinizlə kifayətlənməyin. Allahdan bu kamalın yetkinləşməsi və davamını istəyin.
2. Gələcək nəsil və övladlara diqqət Allahın bəyəndiyi və aqilanə bir uzaqgörənlikdir. Bu xasiyyət insanın baxışının dərinliyindən və batini bir eşq, yanqıdan danışır. Bu sayaq istəklər həzrət İbrahimin dualarında dəfələrlə təkrarlanmışdır.
3. Bəndəliyin yolunu və qaydasını Allahdan öyrənmək lazımdır. Əks təqdirdə insan müxtəlif xürafat və büdrəmələrə düçar olar.
4. İnsanın ruhu təslim olmayınca bəyan olunmuş hökmlər faydasızdır. Burada İbrahim Allahdan əvvəlcə təslim ruhu istəyir, sonra isə ibadət və bəndəliyin yolunu və qaydasını diləyir.
5. Tövbə və qayıdışa ehtiyac, ilahi lütf hər hal və məqamda dəyərdir. Rəvayətdə oxuyuruq ki, həzrət Peyğəmbər (s) gün ərzində yetmiş dəfə istiğfar edirmiş. Halbuki o məsum idi və heç bir günah etməmişdi.
6. Dua qaydalarından biri də Allaha sitayişdir və bu ayədə həmin nöqtə gözə çarpır.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 128-ci ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 128-ci ayəsi nə haqqındadır?
«Ey Rəbbimiz, bizi Özünə (əmrlərinə) təslim et, övladlarımızdan da Sənə təslim olan ümmət (yarat), bizim (Həcc, qurban kəsmək və qurbanlıq yerləri kimi) ibadət əməllərimizi bizə göstər və bizə nəzər sal ki, həqiqətən çox mehriban, tövbələri qəbul edən və rəhmli Sənsən!»
Əl-Bəqərə surəsi 128-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 128-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 128-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 128-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 128-ci ayənin təfsiri nədir?
"(İbrahim və İsmail dedilər:) Pərvərdigara! Bizi Özünə təslim et, nəslimizdən (də) Sənə təslim olacaq ümmət qərar ver, pərəstişin yolunu və qaydasını bizə göstər və tövbəmizi qəbul et. Həqiqətən, Sən tövbələri qəbul edən, mehribansan.” Nöqtələr Həzrət İbarahim və İsmail hər ikisi Allahın zibh əmrini ən ali təslim dərəcəsində yerinə yetirsələr də, yenə də uyğun ayədə Allahdan diləyirlər ki, onları Öz fərmanına təslim etsin. Onlar Allahdan daha böyük təslimçilik və ya təslim ruhiyyəsinin davamını ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.