Əl-Bəqərə surəsi · 130-cu ayə

İbrahimin dinindən öz qədir-qiymətini bilməyən və özünü nadanlığa vurandan başqa kim üz döndərər?! Şübhəsiz, Biz onu bu dünyada (peyğəmbərlik, imamlıq və hikmət üçün) seçdik və o, axirətdə (də) mütləq saleh (bəndə)lərdən olacaqdır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 130
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

"Özünü (aldadıb) ağılsızlıq edəndən savay kim İbrahimin ayinindən üz döndərər?! Həqiqətən, Biz onu bu dünyada seçdik və o, heç şübhəsiz, o biri aləmdə salehlərdəndir.”

 

Nöqtələr
Əvvəlki ayələrdə həzrət İbrahimin məqsədləri və şəxsiyyəti haqqında bəzi nöqtələr bəyan olundu. Bu ayə İbrahimin parlaq çöhrəsini və ayinlərini nəzərdə tutaraq soruşur ki, axmaqlardan başqa kim İbrahimin dinindən üz döndərər?! Həzrət İbrahimin ayinləri o qədər dəyərli idi ki, İslam Peyğəmbəri (s) İbrahim yolunu getməsi ilə fəxr edirdi. İbrahim məntiqdə kafir müxalifini heyrətdə qoyan bir şəxs idi.("Ənbiya”, 58. ) O, misilsiz şücaəti ilə bütün bütləri birdəfəyə qırıb tökür.("Şuəra”, 83. ) Quran onu həlim tanıtdırır və bildirir ki, İbrahim səbir və təvəkküldə nümunədir. O, oda atıldığı vaxt zərrəcə iztirab keçirmir. Onun səxavəti də misilsizdir. Öz qonaqları üçün kök bir dananı kəsib kabab bişirir. Allaha təslimçilikdə də İbrahim nümunədir. O, Allahın razılığı üçün öz körpəsini susuz-otsuz Məkkə biyabanında qoyur və həmin körpə yetkinlik yaşına çatdıqda yenə də Allahın əmri ilə bıçağı bu sevimli gəncin boğazına dirəyir. Bəli, insan yalnız öz ağlını aldatmaqla ilahi dindən üz döndərə bilər.
İbrahim öz duasında Allahdan salehlik istəyir.("Nisa”, 137. ) Allah onu duasını qəbul edərək buyurur: "İbrahim axirətdə salehlərdəndir.”
Bəşər nəsli üçün əmin-aman bir mərkəz, məsum rəhbər, firavan ruzi və təslim tövfiqi, tövbənin qəbulu, səadət yolu diləyən İbrahim yolunu buraxıb başqa bir yola üz tutanlar səfeh və nadandırlar!
Quran dilində həqiqəti görməməzliyə vurub naşükürlük edənlərə səfeh deyilir. Qiblənin dəyişməsi ilə bağlı yersiz bəhanələr gətirdiyi üçün Bəni-İsrail də səfeh adlandırılmışdır. Bir ayə ilə bağlı imamın belə buyurduğu nəql olunur: "Şərab içən səfehdir.” Bəli, şərabxor kəs faydalı və halal içkiləri qoyub, zərərli və haram içkilərdən istifadə edir. Haqq yolu qoyub, əyri yola üz tutanları başqa nə adlandırmaq olar?! Rəhbər və əqidə seçimində düzgün addım atanlar aqildir. Hədisdə oxuyuruq: "Ağıl odur ki, onun vasitəsi ilə Allaha ibadət olunsun. Əks təqdirdə (ağıl adlandırılan) şeytənətdir.
Bildirişlər
1. Səfeh o insandır ki, məntiqi, məktəbi, rəhbəri, doğru yolu görməməzliyə vurub, nəfs istəklərinin ardınca getsin.
2. Dindarlıq düşüncə, dindən uzaqlıq isə ağılsızlıqdır.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 130-cu ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 130-cu ayəsi nə haqqındadır?
İbrahimin dinindən öz qədir-qiymətini bilməyən və özünü nadanlığa vurandan başqa kim üz döndərər?! Şübhəsiz, Biz onu bu dünyada (peyğəmbərlik, imamlıq və hikmət üçün) seçdik və o, axirətdə (də) mütləq saleh (bəndə)lərdən olacaqdır.
Əl-Bəqərə surəsi 130-cu ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 130-cu ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 130-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 130-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 130-cu ayənin təfsiri nədir?
"Özünü (aldadıb) ağılsızlıq edəndən savay kim İbrahimin ayinindən üz döndərər?! Həqiqətən, Biz onu bu dünyada seçdik və o, heç şübhəsiz, o biri aləmdə salehlərdəndir.”   Nöqtələr Əvvəlki ayələrdə həzrət İbrahimin məqsədləri və şəxsiyyəti haqqında bəzi nöqtələr bəyan olundu. Bu ayə İbrahimin parlaq çöhrəsini və ayinlərini nəzərdə tutaraq soruşur ki, axmaqlardan başqa kim İbrahimin dinindən üz döndərər?! Həzrət İbrahimin ayinləri o qədər dəyərli idi ki, İslam Peyğəmbəri (s) İbrahim yolunu getməsi ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.