Əl-Bəqərə surəsi · 134-cü ayə

Onlar bir ümmət idilər ki, keçib-getdilər. Onların əldə etdikləri özlərinə, siz (kitab əhlin)in əldə etdiyiniz isə sizə aiddir və siz əsla onların etdikləri əməllər barəsində sorğu-sual edilməyəcəksiniz.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 134
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Onlar bir ümmət idilər ki, ölüb getdilər. Onların əldə etdikləri özlərinə, sizin əldə etdikləriniz isə özünüzə aiddir. Onların etdiyi işlərə görə siz sorğuya çəkilməyəcəksiniz.”
Nöqtələr
Bəni-İsrailin səhvlərindən biri bu idi ki, öz babaları ilə ifrat dərəcədə fəxr edir və babalarına itaət etdikləri üçün səhvlərinin bağışlanacağını düşünürdülər. Ayə onlara xəbərdarlıq edir ki, keçmişdəkilər öz əməllərinə cavabdeh olduqları kimi, siz də öz əməllərinizə cavabdehsiniz.
"Ğurərul-hikəm” kitabında Həzrət Əlinin (ə) dilindən belə nəql olunmuşdur: "Şərafət və böyüklük babaların və keçmişdəkilərin çürümüş sümüklərinə yox, ali və uca himmətlərə və səylərə bağlıdır.” Tarixdən məlum olur ki, insanlar öz əməlləri sayəsində gələcəklərini müəyyənləşdirmişlər. Fironun arvadı behişt əhli olur. Lutun arvadı isə öz pis işlərinə görə cəhənnəmə sürüklənir. Bütün bunlar Allah-təalanın haqq-ədalət və nizam nümunələridir.
Bir hədisdə həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql edilir: "Ey Bəni-Haşim, məbada başqa xalqlar öz axirətləri üçün çalışsınlar, siz isə öz nəslinizlə fəxr edəsiniz.”
Bildirişlər
1. Qohumluq əlaqələri qiyamətdə faydasızdır.
2. Hər bir fərdin və hər bir cəmiyyətin gələcəyi onun əməllərindən asılıdır.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 134-cü ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 134-cü ayəsi nə haqqındadır?
Onlar bir ümmət idilər ki, keçib-getdilər. Onların əldə etdikləri özlərinə, siz (kitab əhlin)in əldə etdiyiniz isə sizə aiddir və siz əsla onların etdikləri əməllər barəsində sorğu-sual edilməyəcəksiniz.
Əl-Bəqərə surəsi 134-cü ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 134-cü ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 134-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 134-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 134-cü ayənin təfsiri nədir?
"Onlar bir ümmət idilər ki, ölüb getdilər. Onların əldə etdikləri özlərinə, sizin əldə etdikləriniz isə özünüzə aiddir. Onların etdiyi işlərə görə siz sorğuya çəkilməyəcəksiniz.” Nöqtələr Bəni-İsrailin səhvlərindən biri bu idi ki, öz babaları ilə ifrat dərəcədə fəxr edir və babalarına itaət etdikləri üçün səhvlərinin bağışlanacağını düşünürdülər. Ayə onlara xəbərdarlıq edir ki, keçmişdəkilər öz əməllərinə cavabdeh olduqları kimi, siz də öz əməllərinizə cavabdehsiniz. "Ğurərul-hikəm” kitabında Hə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.