Əl-Bəqərə surəsi · 137-ci ayə

Beləliklə, əgər onlar da sizin iman gətirdiklərinizə iman gətirsələr, şübhəsiz, doğru yolu tapıblar. Əgər üz döndərsələr, həqiqətən, müxalifət və düşmənçilik məqamındadırlar. Buna görə də, Allah tezliklə onların şərrini səndən dəf edəcəkdir və Odur eşidən və bilən!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 137
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Əgər onlar (da) sizin iman gətirdiyiniz kimi iman gətirsələr, şübhəsiz, hidayət olmuşlar. Əgər boyun qaçırsalar, bundan başqa cür deyil ki, onlar (haqla) düşmənçilikdədirlər. Allah onların şərini səndən dəf edər. O eşidən, biləndir."
Nöqtələr
Əgər kitab əhli, yəhudilər və məsihilər inadkarlıq və özünə qürrələnmə əvəzinə irqi və milli məsələləri bir kənara qoyub, siz müsəlmanlar kimi bütün peyğəmbərlərə və səmavi kitablara inansalar, şübhəsiz , hidayət olarlar. Amma əgər keçmişdəki kimi yalnız özlərini haqlı saysalar və başqalarını azğın bilsələr, haqla düşmənçilikdədirlər və haqdan ayrılacaqlar. Siz müsəlmanlar öz yolunuzda möhkəm olun, təhqir və qurğulardan qorxmayın. Çünki Allah onların şərini sizdən dəf edib, sizi himayə edər. Çünki O eşidən və biləndir.
Bildirişlər
1. Müsəlmanlar doğru yolu tapmışların gerçək nümunəsidirlər. Çünki onlar bütün peyğəmbərlərə, səmavi kitablara etiqadlıdırlar.
2. Allah müsəlmanları himayə və qane edəcəyini buyurmuşdur.
3. Yəhudi və məsihilərin iman gətirməmələrinin səbəbi onların inadkarlığı və düşmənçilik axtarmasıdır. Onların heç bir məntiqi və dəlili yoxdur. İmam Sadiq (ə) düşmənçiliyi küfr saymışdır.("Qəsəs”, 88. )

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 137-ci ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 137-ci ayəsi nə haqqındadır?
Beləliklə, əgər onlar da sizin iman gətirdiklərinizə iman gətirsələr, şübhəsiz, doğru yolu tapıblar. Əgər üz döndərsələr, həqiqətən, müxalifət və düşmənçilik məqamındadırlar. Buna görə də, Allah tezliklə onların şərrini səndən dəf edəcəkdir və Odur eşidən və bilən!
Əl-Bəqərə surəsi 137-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 137-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 137-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 137-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 137-ci ayənin təfsiri nədir?
"Əgər onlar (da) sizin iman gətirdiyiniz kimi iman gətirsələr, şübhəsiz, hidayət olmuşlar. Əgər boyun qaçırsalar, bundan başqa cür deyil ki, onlar (haqla) düşmənçilikdədirlər. Allah onların şərini səndən dəf edər. O eşidən, biləndir." Nöqtələr Əgər kitab əhli, yəhudilər və məsihilər inadkarlıq və özünə qürrələnmə əvəzinə irqi və milli məsələləri bir kənara qoyub, siz müsəlmanlar kimi bütün peyğəmbərlərə və səmavi kitablara inansalar, şübhəsiz , hidayət olarlar. Amma əgər keçmişdəki kimi yalnız ö...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.