Əl-Bəqərə surəsi · 138-ci ayə

(Bəli, bizim qəlblərimizin imanı) ilahi boyaqçılıqdır! Kimin boyaqçılığı Allahınkından gözəldir? Biz Ona ibadət edənlərik.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 138
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Budur) ilahi rəng? Rəngdə Allahdan üstünü kimdir?! Biz yalnız Ona ibadət edirik.”
Nöqtələr
İnsan öz həyatında hansısa rəngi qəbul etməli olur. Amma bütün rənglərdən üstün ilahi rəngdir. Aydın məsələdir ki, irq, qəbilə, nəfs istəkləri rəngini bir kənara qoymasaq, vəhdət, qardaşlıq, Allah əmrinə təslimçilik rəngini götürə bilməyəcəyik. Bütün rənglər zaman keçdikcə solur. İlahi rəng isə həmişə təravətli və davamlıdır.(Ayətullah Cavadi, "Təfsiri-mövzui”, c. 5, s. 132. "Təfsiri-Nurus-səqəleyn”, c. 1, s. 136. ) İbadət və bəndəlik etdiyimiz Allahın rəngindən hansı rəng üstün ola bilər?!
Ən gözəl rəng səfalı və davamlı rəngdir. Bu rəng Allah övliyalarının diqqətini özünə cəlb edir. Bu rəng fitrət və məntiqə uyğundur. Onun müştərisi Allah, dəyəri isə behiştdir. Bütün rənglər, irq və qəbilə rəngləri gec ya tez məhv olub gedəsidir. Əbədi və davamlı olan isə ilahi rəng, yəni ixlas və imandır.
Hədisdə nəql olunmuşdur: Bir şəxs evinin divarında dəlik açırdı. İmam Sadiq (ə) ondan nə iş gördüyünü soruşur. Həmin şəxs cavab verdi: "İstəyirəm ocağın tüstüsü mənzildən bayıra çıxsın.” İmam buyurdu: "Bu işdə belə bir məqsədin də ola bilər ki, namazın vaxtını bilmək üçün otağa işıq düşməsini istəyirsən.” Yəni əgər divardan baca açılırsa, nə üçün məqsəd təkcə otaqdan tüstünün çıxması olsun?! Nə üçün insanın niyyəti mənzilə işıq düşməsi olmasın?!("Tövbə”, 105.) Bəli, hər bir işə ilahi rəng vermək olar.
İlahi yol birdir. Əgər ilahi rəng olmasa, başqa rənglər insanın ağlını əlindən alar. Əksəri azğınlığa düçar olmuş camaatla eyni rəngə boyanmaq özü qiyamətdə rüsvayçılıq və zəlillikdir.
Bildirişlər
1. Allaha iman, peyğəmbərlər və ilahi kitablara etiqad, Allaha təslimçilik ilahi rənglərdəndir. Əvvəlki və hazırkı ayələrdə bu məsələlərə toxunulmuşdur.
2. Ən üstün və ən gözəl rənglər ilahi rənglərdir.
3. Başqalarının yox, yalnız Allahın bəndəsi olmaq lazımdır.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 138-ci ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 138-ci ayəsi nə haqqındadır?
(Bəli, bizim qəlblərimizin imanı) ilahi boyaqçılıqdır! Kimin boyaqçılığı Allahınkından gözəldir? Biz Ona ibadət edənlərik.
Əl-Bəqərə surəsi 138-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 138-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 138-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 138-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 138-ci ayənin təfsiri nədir?
"(Budur) ilahi rəng? Rəngdə Allahdan üstünü kimdir?! Biz yalnız Ona ibadət edirik.” Nöqtələr İnsan öz həyatında hansısa rəngi qəbul etməli olur. Amma bütün rənglərdən üstün ilahi rəngdir. Aydın məsələdir ki, irq, qəbilə, nəfs istəkləri rəngini bir kənara qoymasaq, vəhdət, qardaşlıq, Allah əmrinə təslimçilik rəngini götürə bilməyəcəyik. Bütün rənglər zaman keçdikcə solur. İlahi rəng isə həmişə təravətli və davamlıdır.(Ayətullah Cavadi, "Təfsiri-mövzui”, c. 5, s. 132. "Təfsiri-Nurus-səqəleyn”, c. ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.