Əl-Bəqərə surəsi · 142-ci ayə

Tezliklə səfeh insanlar deyəcəklər: «Onları (müsəlmanları) üz tutduqları qiblədən (Beytül-Müqəddəsdən Kə’bəyə tərəf) nə döndərdi?» De: «Şərq və qərb Allahındır, istədiyi şəxsi (bəşər cəmiyyətinin xeyirinə olan) doğru yola hidayət edir.» (Bir müddət Qüdsə üz tutmaq məsləhət idi, ondan sonra isə Kə’bəyə üz tutmaq məsləhətdir.)

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 142
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Tezliklə xalqdan olan ağılsızlar deyəcəklər: Onları (müsəlmanları) üz tutduqları qiblədən (Beytül-Müqəddəs) nə döndərdi? De ki, şərq də, qərb də Allahındır. İstədiyini doğru yola hidayət edir.”
Nöqtələr
Məkkə müşrikləri Kəbəni bütxanaya çevirdiklərindən həzrət Peyğəmbər və müsəlmanlar besətdən sonrakı on üç il ərzində üzü Kəbəyə namaz qılmadılar. Əgər onlar üzü Kəbəyə namaz qılsaydılar, belə görünərdi ki, onlar da bütləri möhtərəm sayırlar. Amma Mədinəyə hicrətdən sonra bir neçə ay keçməmiş yəhudilər etiraz edib müsəlmanları təhqir etdilər və dedilər: Siz bizim qibləmiz Beytül-Müqəddəsə doğru namaz qılırsınız, ona görə də istiqlalınız yoxdur və bizim ardıcılımızsınız. Peyğəmbər (s) bu böhtanlardan narahat oldu və dua zamanı üzünü səmaya tutdu. Həzrət qiblənin dəyişməsi haqqında sanki vəhyin nazil olması intizarında idi. Peyğəmbər (s) üzü Beytül-Müqəddəsə iki rəkət namaz qılmışdı ki, Cəbrail nazil oldu və peyğəmbərin qolundan tutub onun üzünü Kəbəyə doğru çevirdi. Nəticədə Peyğəmbər (s) bir namazı iki qibləyə doğru qılmış oldu. Hazırda Mədinədəki həmin yer "qiblətəyn” məscidi (iki qiblə məscidi) kimi tanınır.("Əhzab”, 33. )
Bu əhvalatdan sonra yəhudilər narahat oldular və öz adətləri üzrə xırdaçılığa başladılar. Dünənədək müsəlmanların istiqlaldan məhrum olduğunu, onların ardınca gəldiyini deyən yəhudilər indi soruşurdular ki, nə üçün qədim peyğəmbərlərin qibləsindən üz döndərilmişdir? Həzrət Peyğəmbərə əmr olundu ki, onlara cavab versin: Şərq də, qərb də Allahındır və Allahın xüsusi məkanı yoxdur!
Bəli, qiblənin dəyişməsi Allahın hikmət nişanəsidir. Bunu zəiflik və cəhalət saymaq olmaz. Yaranış nizamında fəsillərin dəyişməsi də tədbir nişanəsidir. Hər hansı dəyişikliyi zəiflik və peşmanlıq saymaq olmaz.
Allahın hər yerdə hüzuru var. Şərq də, qərb də onundur. Üzün Kəbəyə tutulması qəlbin Allaha doğru olmasının rəmzidir. Bir çoxları üzlərini Kəbəyə tutduqları halda qəlbləri başqa bir cəhətə yönəlir. Necə ki, Xacə Abdullah Ənsari deyir:
Şahların qibləsi şöhrət, taxt-tac,
Surətə uyanın qibləsi su, gil,
Qarınquluların qibləsi kabab,
Aşiqin qibləsi zavalsız vüsal,
Ərbabın qibləsi nəfsinə əlac.
Məna gəzənlərin qibləsi könül.
İnsanın qibləsi bilik, söz, cavab.
Arifin qibləsi zülcəlal kamal.
Bildirişlər
1. Hər gün bəhanə gəzib haqqı qəbul etməkdən boyun qaçıranlar səfehdir. Rəvayətdə axirətini dünyasına fəda edənlər məcnun, günahkar rəhbərə itaət edənlər fəqir, dinini əldən çıxaranlar isə qarət olunmuş adlandırılmışdır.
2. Allahın öz hökmlərini dəyişə bilməyəcəyini düşünən insan səfeh və başıboşdur. Hikmət sahibi və alim Allaha etiraz səfehlik nişanəsidir.
3. Müsəlmanlar düşmənin hiylələrinə, şaiələrinə, bəhanə dolu suallarına cavab verməklə onların nüfuzunun qarşısını almalıdırlar. Düşmənin planlarından öncədən xəbər tutmaq lazımdır.
4. Sual vermək qəbahət deyil. Amma etiraz, nöqsan axtarmaq məqsədi ilə sual verilməsi tənqid olunur.
5. Məkan və zamanın müqəddəsliyi və kəraməti Allahın lütfünə bağlıdır.
6. Qiblənin dəyişməsi İslam peyğəmbərinin səmavi kitabdakı nişanələrindən biri idi. Ona görə də bu məsələ bəzilərinin hidayətinə səbəb olmuşdu.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 142-ci ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 142-ci ayəsi nə haqqındadır?
Tezliklə səfeh insanlar deyəcəklər: «Onları (müsəlmanları) üz tutduqları qiblədən (Beytül-Müqəddəsdən Kə’bəyə tərəf) nə döndərdi?» De: «Şərq və qərb Allahındır, istədiyi şəxsi (bəşər cəmiyyətinin xeyirinə olan) doğru yola hidayət edir.» (Bir müddət Qüdsə üz tutmaq məsləhət idi, ondan sonra isə Kə’bəyə üz tutmaq məsləhə...
Əl-Bəqərə surəsi 142-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 142-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 142-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 142-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 142-ci ayənin təfsiri nədir?
"Tezliklə xalqdan olan ağılsızlar deyəcəklər: Onları (müsəlmanları) üz tutduqları qiblədən (Beytül-Müqəddəs) nə döndərdi? De ki, şərq də, qərb də Allahındır. İstədiyini doğru yola hidayət edir.” Nöqtələr Məkkə müşrikləri Kəbəni bütxanaya çevirdiklərindən həzrət Peyğəmbər və müsəlmanlar besətdən sonrakı on üç il ərzində üzü Kəbəyə namaz qılmadılar. Əgər onlar üzü Kəbəyə namaz qılsaydılar, belə görünərdi ki, onlar da bütləri möhtərəm sayırlar. Amma Mədinəyə hicrətdən sonra bir neçə ay keçməmiş yəh...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.