Əl-Bəqərə surəsi · 144-cü ayə

Şübhəsiz, Biz sənin üzünün (bir işin baş verməsini gözləyən adam kimi) göydə o tərəf bu tərəfə çevrilməsini görürük və indi səni razı qalacağın bir qibləyə tərəf döndəririk. Odur ki, üzünü Məscidül-Hərama tərəf döndər. Harada olsanız üzünüzü ona tərəf döndərin. Həqiqətən, (səma) kitab(ı) verilmiş kəslər bilirlər ki, şübhəsiz, bu, (Kə’bəyə üz tutmaq) onların Rəbbi tərəfindən olan bir haqqdır. (Çünki, onların kitabında İslam Peyğəmbərinin iki qibləyə namaz qılacağı vardır.) Allah onların etdiklərindən (müxalifətlərindən) qafil deyildir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 144
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Ey peyğəmbər,) görürük ki, (vəhy intizarı ilə) üzünü göyə tutursan. İndi səni könlünü açacaq qibləyə doğru göndəririk. Üzünü Məscidül-Hərama doğru çevir. (Siz ey müsəlmanlar,) harada oldunuz, üzünüzü ona doğru döndərin. (Səmavi) kitab verilmiş şəxslər bilirlər ki, bu əmr Allah tərəfindən gəlmiş bir həqiqətdir. Allah onların əməllərindən qafil deyil.
Nöqtələr
Bu ayə həzrət Peyğəmbərin (s) qiblə ilə bağlı intizarından qaynaqlanır. Həzrət qiblənin dəyişməsini əmr edəcək ayənin intizarında idi. Qiblənin Beytül-Müqəddəsdən Kəbəyə dəyişməsi Allahın Öz peyğəmbərinə vədi idi. Amma həzrət dua zamanı heç bir söz demədən üzünü səmaya tutardı. Nəhayət, ayə nazil oldu və göstəriş verildi ki, həzrət Peyğəmbər (s) və bütün müsəlmanlar ibadət zamanı üzlərini Məscidül- Hərama, Kəbəyə tutsunlar. Bu dəyişmənin həqiqi mahiyyətindən xəbərdar olan kitab əhli bildiklərini gizləməyə çalışdılar. Onlar öz kitablarında oxumuşdular ki, İslam peyğəmbəri iki qibləyə doğru namaz qılar. Onlar müxtəlif təlqinlərlə şübhələr və suallar yaradıb aranı qarışdırırdılar. Allah da öz növbəsində onları hədələyirdi.("Bəqərə”, 159. )
Həzrət Peyğəmbərin (s) Kəbənin qiblə seçilməsinə razılığının dəlilləri vardır: Bununla yəhudilərin acı tənələrindən, təhqirlərindən, istehzalarından azad olurdular; müsəlmanların istiqlalı süquta yetir, ilk tövhid mərkəzi Kəbəyə diqqət yönəldilirdi. Qiblənin dəyişmə məsələsi mühüm bir hadisə olduğundan ayədə Kəbəyə üz tutmaq barədə iki dəfə göstəriş verilir: Bir dəfə peyğəmbərə xitabən, ikinci dəfə isə bütün müsəlmanlara müraciətlə.
Bildirişlər
1. Asiman vəhyin nüzul çeşməsi və peyğəmbərlərin göz dikdiyi yerdir.
2. Allah insanların istəklərindən agahdır.
3. Hökmlərin verilməsi və dəyişməsi Allah tərəfindəndir. Peyğəmbərlər özlərindən göstəriş vermirlər.
4. Peyğəmbər Allah qarşısında o qədər ədəblidir ki, qiblənin dəyişməsi istəyini dilə gətirmir. O öz intizarını baxışı ilə bildirir.
5. Allah öz peyğəmbərinin razılığını istəyir. Allahın razılığı peyğəmbərin razılığıdır.
6. Quran həqiqəti bilib inadkarlıq göstərən alimləri hədələyir və məzəmmət edir.
7. Dini göstərişləri xalq üçün çətinləşdirmək olmaz. "Şətr” səmt deməkdir. Yəni Məscidül-Hərama doğru dayanmaq kifayətdir. Üzü dəqiq şəkildə Kəbəyə tutmaq zəruri deyil.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 144-cü ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 144-cü ayəsi nə haqqındadır?
Şübhəsiz, Biz sənin üzünün (bir işin baş verməsini gözləyən adam kimi) göydə o tərəf bu tərəfə çevrilməsini görürük və indi səni razı qalacağın bir qibləyə tərəf döndəririk. Odur ki, üzünü Məscidül-Hərama tərəf döndər. Harada olsanız üzünüzü ona tərəf döndərin. Həqiqətən, (səma) kitab(ı) verilmiş kəslər bilirlər ki, şü...
Əl-Bəqərə surəsi 144-cü ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 144-cü ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 144-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 144-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 144-cü ayənin təfsiri nədir?
"(Ey peyğəmbər,) görürük ki, (vəhy intizarı ilə) üzünü göyə tutursan. İndi səni könlünü açacaq qibləyə doğru göndəririk. Üzünü Məscidül-Hərama doğru çevir. (Siz ey müsəlmanlar,) harada oldunuz, üzünüzü ona doğru döndərin. (Səmavi) kitab verilmiş şəxslər bilirlər ki, bu əmr Allah tərəfindən gəlmiş bir həqiqətdir. Allah onların əməllərindən qafil deyil. Nöqtələr Bu ayə həzrət Peyğəmbərin (s) qiblə ilə bağlı intizarından qaynaqlanır. Həzrət qiblənin dəyişməsini əmr edəcək ayənin intizarında idi. Qi...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.