Əl-Bəqərə surəsi · 145-ci ayə

Şübhəsiz, sən kitab əhli üçün hər nişanə və dəlil gətirsən də onlar sənin qiblənə tabe olmayacaqlar və sən də heç vaxt onların qibləsinə tabe olmayacaqsan. Həmçinin onların bəzisi digərinin qibləsinə tabe olmayacaqdır. Əgər sənə verilmiş o elmdən sonra onların istəklərinə tabe olsan, onda şübhəsiz ki, zalımlardan olacaqsan.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 145
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Ey peyğəmbər,) Kitab əhli üçün hər cür ayə (nişanə və dəlil) gətirsən, sənin qiblənə itaət etməyəcəklər. Sən də onların qibləsinə tabe deyilsən. (Necə ki onlardan bəziləri digər qibləyə tabe deyildirlər. Sənə elm (vəhy) çatdıqdan sonra onların həvəslərinə itaət etsən, şühbəsiz ki, sitəmkarlardan olacaqsan.”
Nöqtələr
Bu ayə kitab əhlinin inadkarlığı üzərindən pərdəni qaldırır. And içilir ki, onlara nə qədər ayə və dəlil gəlsə, onlar İslama və onun qibləsinə tabe olmayacaqlar. Çünki onlar həqiqəti bilərəkdən qəbul etmirlər.
Quranın peyğəmbərə xəbərdarlıqları övliyalar haqqında yersiz düşüncələrin inkişafının qarşısını almaq məqsədi güdür. Necə ki, başqa dinlərdə xalq İsanı Allahın oğlu, mələkləri isə Allahın qızları bilirdi.
Bildirişlər
1. İnadkarlıq və təəssüb düşüncəyə, məntiqə, haqqı görməyə mane olur. Onlar təkcə İslama münasibətdə təəssüb göstərmirlər. Onlar öz aralarında da inadkar və təəssübkeşdirlər.
2. Müxaliflərin hay-küyü qarşısında təslim olmaq olmaz. Düşməni məyus etmək üçün qətiyyət lazımdır.
3. Yəhudilərin və məsihilərin hər birinin öz qibləsi vardır.
4. Alimlərin azğınlığı çox təhlükəlidir.
5. Doğru yolu tapmaq üçün elm kifayət etmir. Belə bir məqamda haqqı qəbul etmək ruhiyyəsi mühümdür. Yəhudilər kitab sahibi idilər. Amma təəssüb çəkdiklərindən malik olduqları elmdən faydalana bilmirdilər.
6. Xalqın istəkləri əsasında peyğəmbər ilahi qanunları dəyişə bilməz.
7. İslam ayinləri gerçək elm çeşməsindəndir.
8. Nəfs istəklərinə əsaslanmayan, elmi bünövrəyə malik qanunlar qəbul olunmağa və itaətə layiqdir.
9. Qanun hamı üçün birdir. Məsələn peyğəmbər də nəfs istəkləri ardınca getsə cəzalandırılacaq.
10. İlahi qanun olan yerdə xalqın istəklərinə tabeçilik zülmdür.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 145-ci ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 145-ci ayəsi nə haqqındadır?
Şübhəsiz, sən kitab əhli üçün hər nişanə və dəlil gətirsən də onlar sənin qiblənə tabe olmayacaqlar və sən də heç vaxt onların qibləsinə tabe olmayacaqsan. Həmçinin onların bəzisi digərinin qibləsinə tabe olmayacaqdır. Əgər sənə verilmiş o elmdən sonra onların istəklərinə tabe olsan, onda şübhəsiz ki, zalımlardan olaca...
Əl-Bəqərə surəsi 145-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 145-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 145-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 145-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 145-ci ayənin təfsiri nədir?
"(Ey peyğəmbər,) Kitab əhli üçün hər cür ayə (nişanə və dəlil) gətirsən, sənin qiblənə itaət etməyəcəklər. Sən də onların qibləsinə tabe deyilsən. (Necə ki onlardan bəziləri digər qibləyə tabe deyildirlər. Sənə elm (vəhy) çatdıqdan sonra onların həvəslərinə itaət etsən, şühbəsiz ki, sitəmkarlardan olacaqsan.” Nöqtələr Bu ayə kitab əhlinin inadkarlığı üzərindən pərdəni qaldırır. And içilir ki, onlara nə qədər ayə və dəlil gəlsə, onlar İslama və onun qibləsinə tabe olmayacaqlar. Çünki onlar həqiqə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.