Əl-Bəqərə surəsi · 151-ci ayə

(Bu qiblənin təyin edilməsi də) sizin aranızda (mələk və cinlərdən deyil) özünüzdən (cins və dili sizinlə bir olan), sizə daim Bizim (tovhid) nişanə və ayələrimizi oxuyan, sizi(n ruhunuzu) paklaşdıran, inkişaf etdirən, sizə (səma) kitabı(nı) və hikməti (şəriət hökmlərini və əqli maarifi), eləcə də əvvəllər bilmədiyiniz şeyləri öyrədən (insanı) peyğəmbər göndərdiyimiz kimi (nemətdir).

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 151
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Eləcə (sizin hidayətiniz üçün) öz aranızdan bir peyğəmbər göndərdik ki, ayələrimizi sizə oxusun, sizi pak etsin, kitab və hikmət təlim etsin və bilmədiklərinizi sizə öyrətsin.”
Nöqtələr
"Tilavət” sözü "ardıcıl" mənasını verən kökdəndir. Ardıcıl, nizamlı, düzgün və münasib oxunuş "tilavət" adlanır. Bu növ oxunuşda bir növ müqəddəslik var. "Təzkiyə” inkişaf, paklama mənasındadır. Kitab təlimi ayələri və səmavi hökmləri öyrənməkdir. Hikmət təlimi isə düzgün təfəkkür və baxış öyrədilməsidir.
İslam peyğəmbərinin besəti həzrət İbrahimin duasının qəbul olma nəticəsidir. O, Allahdan istədi: Pərvərdigara! Onların arasında bir peyğəmbər məbus et ki, Sənin ayələrini onlara oxusun!”("Taha”, 14. ) İslam peyğəmbəri buyurmuşdur: "Mən atam İbrahimin duasının qəbuluyam.”
Bildirişlər
1. Xalqın özündən olan, onların arasında fəaliyyət göstərən və onların dilində danışan rəhbər müvəffəqdir.
2. Təzkiyə (paklama) təlimdən irəlidir.
3. Dini təlim əsasdır. Digər təlimlər ondan sonra gəlir.
4. İnsan bir çox həqiqətlərlə tanış olmaq üçün vəhyə ehtiyaclıdır. Ayədəki təbirlərdən məlum olur ki, əgər peyğəmbərlər olmasaydı, insan gələcəklə bağlı bir çox məsələlərdən xəbərsiz qalardı.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 151-ci ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 151-ci ayəsi nə haqqındadır?
(Bu qiblənin təyin edilməsi də) sizin aranızda (mələk və cinlərdən deyil) özünüzdən (cins və dili sizinlə bir olan), sizə daim Bizim (tovhid) nişanə və ayələrimizi oxuyan, sizi(n ruhunuzu) paklaşdıran, inkişaf etdirən, sizə (səma) kitabı(nı) və hikməti (şəriət hökmlərini və əqli maarifi), eləcə də əvvəllər bilmədiyiniz...
Əl-Bəqərə surəsi 151-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 151-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 151-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 151-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 151-ci ayənin təfsiri nədir?
"Eləcə (sizin hidayətiniz üçün) öz aranızdan bir peyğəmbər göndərdik ki, ayələrimizi sizə oxusun, sizi pak etsin, kitab və hikmət təlim etsin və bilmədiklərinizi sizə öyrətsin.” Nöqtələr "Tilavət” sözü "ardıcıl" mənasını verən kökdəndir. Ardıcıl, nizamlı, düzgün və münasib oxunuş "tilavət" adlanır. Bu növ oxunuşda bir növ müqəddəslik var. "Təzkiyə” inkişaf, paklama mənasındadır. Kitab təlimi ayələri və səmavi hökmləri öyrənməkdir. Hikmət təlimi isə düzgün təfəkkür və baxış öyrədilməsidir. İslam ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.