Əl-Bəqərə surəsi · 157-ci ayə

Onlar Rəbbi tərəfindən salamlar və rəhmət yetişən kəslərdir və onlardır hidayət olunmuşlar!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 157
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Onlar üçün onların Rəbbi tərəfindən salam və rəhmətlər var və onlardır hidayət yetişənlər.”
Nöqtələr
"Salavat” sözü nemət və mərhəmətə daxil olmaq mənası verən kökdəndir.("Təfsiri-Məcməül-bəyan”. )
Allah çətinlikləri səbir və müqavimətlə qarşılayan möminlərə Öü salam göndərir. Amma rifah içində yaşayıb zəkat ödəyən möminlərə peyğəmbərin salam göndərməsini göstəriş verir.("Təfsiri-Nurus-səqəleyn”, c. 1, s. 145. )
Bildirişlər
1.Allah səbir əhlini Öz xüsusi rəhmətinə qərq edir.
2. Səbirlilərin Allah tərəfindən təşviq olunması bizə öyrədir ki, isar, səbir və mücahidə əhlinin cəmiyyətdə xüsusi kəramət və ehtiramı olmalıdır.
3. Təşviq rübubiyyət şəni və tərbiyə zərurətidir.
4. Səbir əhlinin hidayət edilməsi qəti və aşkardır. Quranda bir çox insanların hidayəti sadəcə arzu olunsa da, səbir əhlinin hidayəti qəti bəyan olunur.
5. Hidayətin mərhələləri vardır. "İnna lillahi və inna iləyhi raciun” deyənlər mömin və hidayət edilmiş olsalar da, səbir və Allahın salamından sonra daha üstün mərhələlərə nail olurlar.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 157-ci ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 157-ci ayəsi nə haqqındadır?
Onlar Rəbbi tərəfindən salamlar və rəhmət yetişən kəslərdir və onlardır hidayət olunmuşlar!
Əl-Bəqərə surəsi 157-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 157-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 157-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 157-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 157-ci ayənin təfsiri nədir?
"Onlar üçün onların Rəbbi tərəfindən salam və rəhmətlər var və onlardır hidayət yetişənlər.” Nöqtələr "Salavat” sözü nemət və mərhəmətə daxil olmaq mənası verən kökdəndir.("Təfsiri-Məcməül-bəyan”. ) Allah çətinlikləri səbir və müqavimətlə qarşılayan möminlərə Öü salam göndərir. Amma rifah içində yaşayıb zəkat ödəyən möminlərə peyğəmbərin salam göndərməsini göstəriş verir.("Təfsiri-Nurus-səqəleyn”, c. 1, s. 145. ) Bildirişlər 1.Allah səbir əhlini Öz xüsusi rəhmətinə qərq edir. 2. Səbirlilərin All...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.