Əl-Bəqərə surəsi · 16-cı ayə

Onlar azğınlığı hidayət bahasına satın almış kəslərdir. Buna görə də nə ticarətləri bir xeyir verdi, nə də (haqq) yolu tapanlardan oldular.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ : Bəqərə surəsi 16-cı ayə
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
16. أُوْلَـئِكَ الَّذِينَ اشْتَرُوُاْ الضَّلاَلَةَ بِالْهُدَى فَمَا رَبِحَت تِّجَارَتُهُمْ وَمَا كَانُواْ مُهْتَدِينَ
"Onlar doğru yol qiymətinə əyri yolu satın almış kəslərdir. Amma bu alış-verişin onlara faydası olmadı və doğru yolu tapmışlar sırasına qatılmadılar.”
Nöqtələr
Münafiqlər hidayət sahibi olmamışlar ki, onu əldən çıxarsınlar. Ayədə nəzərdə tutula bilər ki, münafiqlər hidayət üçün fitri şəraiti və başqa amilləri əldən vermişlər. Digər bir ayədə oxuyuruq: "Bir dəstə imanı verib əvəzində küfrü satın aldılar.”("Bəqərə”, 86.)
Başqa bir ayədə isə belə buyurulur: "Axirəti dünya həyatına satdılar.”("Bəqərə”, 175. ) Digər bir ayədə isə belə oxuyuruq: "Onlar bağışlanma əvəzinə əzabı satın aldılar.”("Rə`d”, 17. ) Yəni onlar iman, mükafat və bağışlanma istedadını öz əməlləri ilə puça çıxardılar.
Axırda ilahi nur oda döndü,
Haqpərəst bir fitrət Nəmruda döndü.
Bildirişlər
1. Münafiq öz xeyir-zərərini bilmir. Ona görə də hidayəti zəlalətə satır.
2. İnsan azaddır və seçim ixtiyarına malikdir. Çünki müamilə, iradə və seçimə ehtiyaclıdır.
3. Dünya bazar, xalq isə alıcı və satıcı kimidir. Alınıb satılan isə əməllərimiz və seçimlərimizdir. ("Əştərəu... fəma rəbihət ticarətuhum”)
4. Möminin aqibəti hidayət, münafiqin aqibəti isə azğınlıqdır. ("Əla hudən min rəbbihim... ma kanu muhtədin”)
5. Münafiqlər öz məqsədlərinə bir yol tapa bilmirlər. ("Ma kanu muhtədin”), (Növbəti ayələrə diqqət yetirməklə).

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 16-cı ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 16-cı ayəsi nə haqqındadır?
Onlar azğınlığı hidayət bahasına satın almış kəslərdir. Buna görə də nə ticarətləri bir xeyir verdi, nə də (haqq) yolu tapanlardan oldular.
Əl-Bəqərə surəsi 16-cı ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 16-cı ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 16-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 16-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 16-cı ayənin təfsiri nədir?
16. أُوْلَـئِكَ الَّذِينَ اشْتَرُوُاْ الضَّلاَلَةَ بِالْهُدَى فَمَا رَبِحَت تِّجَارَتُهُمْ وَمَا كَانُواْ مُهْتَدِينَ "Onlar doğru yol qiymətinə əyri yolu satın almış kəslərdir. Amma bu alış-verişin onlara faydası olmadı və doğru yolu tapmışlar sırasına qatılmadılar.” Nöqtələr Münafiqlər hidayət sahibi olmamışlar ki, onu əldən çıxarsınlar. Ayədə nəzərdə tutula bilər ki, münafiqlər hidayət üçün fitri şəraiti və başqa amilləri əldən vermişlər. Digər bir ayədə oxuyuruq: "Bir dəstə imanı verib əvəzi...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.