Əl-Bəqərə surəsi · 160-cu ayə

Tövbə edib (öz pis işlərini) düzəltməklə məşğul olaraq (gizlətdiklərini) bəyan edənlər istisna olmaqla! Beləliklə onların tövbəsini qəbul edirəm və əlbəttə ki, tövbələri çox qəbul edən və mehriban Mənəm.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 160
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"İstisnadır o kəslər ki, tövbə etdilər, saleh iş gördülər, (gizlədiklərini) aşkara çıxardılar. Mən (Öz lütfümü) onlara qaytararam. Çünki Mən tövbələri qəbul edən, mehribanam.”
Nöqtələr
Digər günahlar üçün tövbə qapısı açıq olduğu kimi, gizlətmə günahı üçün də tövbə yolu var. Amma həqiqi tövbə qəlbdə peşmanlıq, əməllərin islahı, gizlədilənlərin bəyanı ilə gerçəkləşir. Namaz qılmayanın tövbəsi ötürülmüş namazların qəzasının qılınmasıdır. Xalqın malını qarət edənin tövbəsi qarət olunmuş malın sahibinə qaytarılmasıdır. Burada da həqiqəti gizlətməklə elm dünyasına, düşüncə və nəsillərə xəyanət etmiş kəs yalnız həmin həqiqətləri açmaqla günahını yuya bilər.
Allah şeytana buyurdu: "Mənim lənətimə gələsən.”("Yusuf”, 101. )Növbəti ayədə isə haqqı gizlədənlərə lənət oxunur. Demək, haqqı gizlədənlər də şeytanla bir cərgədə dayanır.
Bildirişlər
1.Allah xatakarlar üçün bütün şəraitlərdə tövbə və geri qayıdış yolu qoymuşdur.
2. Dini həqiqətlərin gizlədilməsi fəsaddır. Ona görə də tövbə edənə islah və nöqsanların aradan qaldırılması əmri verilmişdir.
3. Hər bir günahın tövbəsi onun özünə uyğundur. Haqqı gizlətməyin tövbəsi həqiqətin bəyanıdır.
4. Hədə və məzəmmət məqamında haqqı gizlədənlər lənətlənirsə, mehribanlıq məqamında "ənə”, "təvvab”, "rəhim” kimi sözlərlə əks münasibət bildirilir. Allah bildirir ki, O Öz xüsusi mehribanlığı ilə bağışlanma yolu qoymuşdur.
5. Fərd və cəmiyyətin tərbiyəsində günahkarın hədələnməsi və saleh əməl sahibinin müjdələnməsi iki mühüm əsasdır.
6. İlahi lütfün tövbə edənlərə şamil olunması daimi, qəti, və məhəbbətamizdir.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 160-cu ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 160-cu ayəsi nə haqqındadır?
Tövbə edib (öz pis işlərini) düzəltməklə məşğul olaraq (gizlətdiklərini) bəyan edənlər istisna olmaqla! Beləliklə onların tövbəsini qəbul edirəm və əlbəttə ki, tövbələri çox qəbul edən və mehriban Mənəm.
Əl-Bəqərə surəsi 160-cu ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 160-cu ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 160-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 160-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 160-cu ayənin təfsiri nədir?
"İstisnadır o kəslər ki, tövbə etdilər, saleh iş gördülər, (gizlədiklərini) aşkara çıxardılar. Mən (Öz lütfümü) onlara qaytararam. Çünki Mən tövbələri qəbul edən, mehribanam.” Nöqtələr Digər günahlar üçün tövbə qapısı açıq olduğu kimi, gizlətmə günahı üçün də tövbə yolu var. Amma həqiqi tövbə qəlbdə peşmanlıq, əməllərin islahı, gizlədilənlərin bəyanı ilə gerçəkləşir. Namaz qılmayanın tövbəsi ötürülmüş namazların qəzasının qılınmasıdır. Xalqın malını qarət edənin tövbəsi qarət olunmuş malın sahib...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.