Əl-Bəqərə surəsi · 162-ci ayə

Əbədi olaraq onda (lənət içində) qalacaqlar. Onların nə əzabı yüngülləşdirilər və nə də onlara (üzr istəmələri üçün) möhlət verilər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 162
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Onlar) həmişəlik onda (lənətdə) qalarlar. Nə onların əzabından azalar, nə də onlara möhlət verilər.”
Nöqtələr
Əvvəlki ayədə bəyan olundu ki, haqqı gizlədənlər tövbə edib həqiqəti bəyan etsələr, Allahın lütfünə nail olarlar. Ayədə buyurulur ki, kafirlər tövbə etməyib küfr halında ölsələr, Allahın, mələklərin və bütün xalqın lənəti onların yaxasından yapışasıdır.
Sual: Ayədə bütün xalqın kafirlərə lənəti bəyan olunur. Aydın məsələdir ki, xalq arasında bəziləri ya kafirdir, ya da kafirlə dost. Bəs bütün xalqın lənəti dedikdə nə nəzərdə tutulur?
Cavab: Söhbət dünya və axirətdə lənətdən gedir. Dünyada kafir olub kafirlərlə dostluq edənlər axirətdə lənətə düçar olasıdır.("Bəqərə”, 132. )
İlahi övliyaların istəklərindən və dualarından biri dünyadan müsəlman getməkdir. Belə bir istəklə Yusif öz Allahına müraciət edir.("Zariat”, 47. )Həzrət İbrahim və Yaqub öz övladlarına tapşırırlar ki, yalnız müsəlman, Allaha təslim olmuş halda ölsünlər.(Nəbə”, 12. )
Bildirişlər
1. Küfrdə dayanmaq və ya küfr halında ölmək Allahın rəhmətindən əbədi məhrumluqla müşayiət olunur.
2. Ən əsası insan ömrünün sonudur. Mühüm odur ki, insan dünyadan imanlamı gedəcək, yoxsa imansız?
3. Cəzanın yüngülləşdirilməsi və ya təxirə salınması dünyaya aiddir. Qiyamətdə nə yüngülləşdirmə var, nə də təxir.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 162-ci ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 162-ci ayəsi nə haqqındadır?
Əbədi olaraq onda (lənət içində) qalacaqlar. Onların nə əzabı yüngülləşdirilər və nə də onlara (üzr istəmələri üçün) möhlət verilər.
Əl-Bəqərə surəsi 162-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 162-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 162-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 162-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 162-ci ayənin təfsiri nədir?
"(Onlar) həmişəlik onda (lənətdə) qalarlar. Nə onların əzabından azalar, nə də onlara möhlət verilər.” Nöqtələr Əvvəlki ayədə bəyan olundu ki, haqqı gizlədənlər tövbə edib həqiqəti bəyan etsələr, Allahın lütfünə nail olarlar. Ayədə buyurulur ki, kafirlər tövbə etməyib küfr halında ölsələr, Allahın, mələklərin və bütün xalqın lənəti onların yaxasından yapışasıdır. Sual: Ayədə bütün xalqın kafirlərə lənəti bəyan olunur. Aydın məsələdir ki, xalq arasında bəziləri ya kafirdir, ya da kafirlə dost. Bə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.