Əl-Bəqərə surəsi · 170-cu ayə

(Müşrik və kafirlərə) «Allahın nazil etdiyinə tabe olun» deyildikdə, onlar «(xeyr,) əksinə, biz atalarımızın getdiyi yola tabe oluruq» deyərlər. Görəsən ataları hətta bir şey anlamayıb, (düz yola) hidayət olunmamış olsalar belə (onlar yenə atalarının yoluna tabe olacaqlar)?!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 170
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"O zaman ki, onlara (müşriklərə) deyilər: "Allahın nazil etdiyinə tabe olun!" Onlar deyərlər: "Biz atalarımızın getdiyi yolla gedərik." Əgər ataları bir şey anlamayıb, hidayət olmayıblarsa necə?”
Nöqtələr
Əvvəlki ayə bizim nəzərimizə çatdırdı ki, şeytanın addımlarına və göstərişlərinə tabeçilikdən uzaq olaq. Bu ayə şeytan yollarından biri olan kor-koranə təqlidçiliyə işarədir.
Düşüncəli şəkildə tabeçilik və itaətin eybi yoxdur. Quran o insanların təqlidini məzəmmət edir ki, nə özləri düşüncə sahibi olublar, nə də peyğəmbərləri qəbul ediblər.
İlahi hidayət bütün əsr və zamanlarda mövcud olmuşdur. Quranda buyurulur ki, onların babaları hidayəti, doğru yolu qəbul etmirdilər. Bu ayədən məlum olur ki, ilahi hidayət hər bir zaman olmuşdur, lakin insanlar haqqın səsini qəbul etməmişlər. Həzrət Əli (ə) "Nəhcül-bəlağə” də buyurmuşdur: "Yer üzü heç vaxt səmavi rəhbərsiz qalmır. (Bu rəhbər) istər aşkar, istər məxfi şəkildə xalqı Allahın yoluna dəvət edir.”("Bəqərə”, 168. )
Bildirişlər
1. İrtica və geri çəkilmək qadağandır. Babaların sünnət və yolu düşüncə və dəlilə əsaslanmırsa, qəbul edilə bilməz.
2. İrqi və milli təəssüblər haqqın qəbul olunmasında maneədir.
3. Ata-babaların dəvətləri və əqidələri gələcək nəsillərə təsir edir.
4. Haqq yol ağıl və vəhy vasitəsi ilə əldə olunur.
5. Təcrübə və biliyin növbəti nəslə ötürülməsi yaxşıdır. Amma xürafatın növbəti nəslə çatdırılması zərərdir.
6. Ağıl bizi vəhyə itaətə sövq edir.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 170-cu ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 170-cu ayəsi nə haqqındadır?
(Müşrik və kafirlərə) «Allahın nazil etdiyinə tabe olun» deyildikdə, onlar «(xeyr,) əksinə, biz atalarımızın getdiyi yola tabe oluruq» deyərlər. Görəsən ataları hətta bir şey anlamayıb, (düz yola) hidayət olunmamış olsalar belə (onlar yenə atalarının yoluna tabe olacaqlar)?!
Əl-Bəqərə surəsi 170-cu ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 170-cu ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 170-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 170-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 170-cu ayənin təfsiri nədir?
"O zaman ki, onlara (müşriklərə) deyilər: "Allahın nazil etdiyinə tabe olun!" Onlar deyərlər: "Biz atalarımızın getdiyi yolla gedərik." Əgər ataları bir şey anlamayıb, hidayət olmayıblarsa necə?” Nöqtələr Əvvəlki ayə bizim nəzərimizə çatdırdı ki, şeytanın addımlarına və göstərişlərinə tabeçilikdən uzaq olaq. Bu ayə şeytan yollarından biri olan kor-koranə təqlidçiliyə işarədir. Düşüncəli şəkildə tabeçilik və itaətin eybi yoxdur. Quran o insanların təqlidini məzəmmət edir ki, nə özləri düşüncə sah...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.