Əl-Bəqərə surəsi · 182-ci ayə

Buna görə də, kim vəsiyyət edənin səhv etməsindən və ya günahından qorxsa (onun səhvən və ya bilərəkdən varislərin hüquqlarını pozmasını başa düşsə) və beləliklə (vəsiyyəti dəyişdirməklə) onların (varislərlə vəsiyyət olunmuş şəxslərin) arasını düzəltsə, (bu dəyişikliyə görə) onun boynuna günah düşmür. Həqiqətən, Allah çox bağışlayan və mehribandır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 182
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Hər kəs vəsiyyət edənin səhvindən və günahından qorxsa və onların arasında islah aparsa, günahkar olmaz. Həqiqətən, Allah bağışlayan və mehribandır.”
Nöqtələr
"Məcməül-bəyan” təfsirinin müəllifi "cənəf” sözünü büdrəməyə xəbərsiz meyl mənasında, "ism” sözünü isə bilərəkdən günah mənasında açıqlamışdır.
Bu barədə qadağan olan məsələ düzgün vəsiyyətlərin dəyişdirilməsidir. Amma bir vəsiyyət fitnə səbəbidirsə və ya dini ölçülərə ziddirsə, onu dəyişməyin eybi yoxdur. Əgər bir şəxs öz var-dövlətinin üçdə birindən çoxunu vəsiyyət edərsə, bu miqdarı azaltmaq olar. Əgər vəsiyyət edilən işlər günahdırsa, vəsiyyəti dəyişməyin eybi yoxdur. Vəsiyyət fitnə-fəsad yaradırsa, İslam hakiminin razılığı ilə bu vəsiyyəti dəyişmək mümkündür. Bütün hallarda İslam üçün çıxılmaz vəziyyət yoxdur. Bütün əməllərin nəticəsi təqva olduğundan, təqvaya zidd bütün işləri islah etmək olar.
Bildirişlər
1. "Əhəmm” və "mühümm” (əhəmiyyətli və ən əhəmiyyətli) məsələlərinə diqqətli olmaq lazımdır. Vəsiyyətə hörmət mühümdür. Amma fitnəni aradan qaldırmaq və müsəlmanların işlərini islah etmək daha mühümdür.
2. Vəsiyyətin dəyişməsi fitnəni aradan qaldırmağa və islaha əsaslanmalıdır.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 182-ci ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 182-ci ayəsi nə haqqındadır?
Buna görə də, kim vəsiyyət edənin səhv etməsindən və ya günahından qorxsa (onun səhvən və ya bilərəkdən varislərin hüquqlarını pozmasını başa düşsə) və beləliklə (vəsiyyəti dəyişdirməklə) onların (varislərlə vəsiyyət olunmuş şəxslərin) arasını düzəltsə, (bu dəyişikliyə görə) onun boynuna günah düşmür. Həqiqətən, Allah ...
Əl-Bəqərə surəsi 182-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 182-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 182-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 182-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 182-ci ayənin təfsiri nədir?
"Hər kəs vəsiyyət edənin səhvindən və günahından qorxsa və onların arasında islah aparsa, günahkar olmaz. Həqiqətən, Allah bağışlayan və mehribandır.” Nöqtələr "Məcməül-bəyan” təfsirinin müəllifi "cənəf” sözünü büdrəməyə xəbərsiz meyl mənasında, "ism” sözünü isə bilərəkdən günah mənasında açıqlamışdır. Bu barədə qadağan olan məsələ düzgün vəsiyyətlərin dəyişdirilməsidir. Amma bir vəsiyyət fitnə səbəbidirsə və ya dini ölçülərə ziddirsə, onu dəyişməyin eybi yoxdur. Əgər bir şəxs öz var-dövlətinin ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.