Əl-Bəqərə surəsi · 19-cu ayə

Yaxud (onların hekayəti) səmadan yağan və qaranlıqlar, göy gurultusu və şimşəyi olan doluya (düşmüş şəxslərin hekayətinə) bənzəyir. Onlar ölümdən qaçmaq üçün ildırımın şiddətindən barmaqlarını qulaqlarına tıxayarlar. Allah bütün kafirləri (elm və qüdrət baxımından) əhatə etmişdir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ : Bəqərə surəsi 19-cu ci ayə
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
19. أَوْ كَصَيِّبٍ مِّنَ السَّمَاء فِيهِ ظُلُمَاتٌ وَرَعْدٌ وَبَرْقٌ يَجْعَلُونَ أَصْابِعَهُمْ فِي آذَانِهِم مِّنَ الصَّوَاعِقِ حَذَرَ الْمَوْتِ واللّهُ مُحِيطٌ بِالْكافِرِينَ
"Ya da qaranlıqlarda göy gurultusu olan və şimşəkli səmadan şiddətli yağan yağışa düşmüş şəxslərə bənzərlər. İldırım və ölüm qorxusundan barmaqlarını qulaqlarına tutarlar. Amma kafirlər Allahın əhatəsindədirlər.”
Nöqtələr
Allah münafiqi yağışa düşmüş, şiddətli yağışın, gecə qaranlığının, ildırımın qulaqbatırıcı səsinin, şimşəyin gözqamaşdırıcı nurunun, ölüm qorxusunun əhatə etdiyi şəxsə bənzədir. Amma bu şəxsin nə yağışdan qorunmaq üçün sığınacağı, nə qaranlıqda bir işığı, nə şimşəkdən asudə qulağı, nə də ölümdən rahat ruhu var.
Bildirişlər
1. Münafiqlər müşkül və nigarançılıqlara qərq olmuşlar. Elə bu dünyada belə qəm-qüssə, iztirab, rüsvayçılıq və zillət onları rahat buraxmır. ("Zulumatun və rədun və bərqun ()
2. Münafiqlər ölümdən qorxurlar. ("Həzərəl-movt”)
3. Münafiqlər bilsinlər ki, Allah onları əhatə etmişdir. Allah istədiyi vaxt onların sirrini və qurğularını ifşa edir. ("Vəllahu muhitun bil kafirin”)
İslam inqilabı zamanı münafiqlərin əməllərinə və aqibətlərinə baxış bu ayənin aydın göstəricilərindəndir. Pərişanlıq, təfriqə, məğlubiyyət, avaralıq, qürbət, abırsızlıq, kafirlərə sığınma, casusluq onların əməllərinin nəticələrindəndir. Onlar dini şüarlar və şəxsiyyətlərdən istifadə etməklə qələbə qazanacaqlarını düşünürdülər. Amma Allah onların qurğularını puça çıxarmaqla, xalqı onların pis niyyətindən xəbərdar etməklə onların başını özlərinə qatdı...)
4. Nifaq nəhayətdə küfrlə sonuclanır. ("Vallahu muhitun bil kafirin”) "Nisa” surəsinin 140-cı ayəsində bu məsələyə bir daha işarə olunur.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 19-cu ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 19-cu ayəsi nə haqqındadır?
Yaxud (onların hekayəti) səmadan yağan və qaranlıqlar, göy gurultusu və şimşəyi olan doluya (düşmüş şəxslərin hekayətinə) bənzəyir. Onlar ölümdən qaçmaq üçün ildırımın şiddətindən barmaqlarını qulaqlarına tıxayarlar. Allah bütün kafirləri (elm və qüdrət baxımından) əhatə etmişdir.
Əl-Bəqərə surəsi 19-cu ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 19-cu ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 19-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 19-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 19-cu ayənin təfsiri nədir?
19. أَوْ كَصَيِّبٍ مِّنَ السَّمَاء فِيهِ ظُلُمَاتٌ وَرَعْدٌ وَبَرْقٌ يَجْعَلُونَ أَصْابِعَهُمْ فِي آذَانِهِم مِّنَ الصَّوَاعِقِ حَذَرَ الْمَوْتِ واللّهُ مُحِيطٌ بِالْكافِرِينَ "Ya da qaranlıqlarda göy gurultusu olan və şimşəkli səmadan şiddətli yağan yağışa düşmüş şəxslərə bənzərlər. İldırım və ölüm qorxusundan barmaqlarını qulaqlarına tutarlar. Amma kafirlər Allahın əhatəsindədirlər.” Nöqtələr Allah münafiqi yağışa düşmüş, şiddətli yağışın, gecə qaranlığının, ildırımın qulaqbatırıcı səsinin, şi...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.