Əl-Bəqərə surəsi · 197-ci ayə

Həcc(in zamanı) müəyyən olunmuş aylardır (Şəvval, Zilqədə və Zilhiccə ayları). Buna görə də, bu aylarda (ehram bağlamaqla) Həcci (özünə) vacib edən kəs (bilməlidir ki): Həccdə (həcc ehramında olan zaman) söyüş söymək, qadınlarla yaxınlıq, günah və mübahisə etmək (icazəsi) yoxdur. Allah etdiyiniz hər bir yaxşı işi bilir. Özünüz üçün azuqə götürün ki, ən yaxşı azuqə təqvadır. Məndən qorxun, ey ağıl sahibləri!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 197
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Ümrə və) Həcc (mövsümü) müəyyən aylardır. (Şəvval, zilqədə, zilhiccə.) Hər kəs bu aylarda həcc əməlini yerinə yetirsə, (bilsin ki,) cinsi yaxınlıq, günah, pis danışıq həcdə rəva deyil. Gördüyünüz yaxşı işlərdən Allah xəbərdardır. Özünüz üçün azuqə hazırlayın. Əlbəttə, ən yaxşı azuqə təqvalı olmaqdır. Ey düşüncə sahibləri! Yalnız Məndən çəkinin.”
Nöqtələr
"Rəfəs” cinsi yaxınlıq, "fusuq” yalan, söyüş, pis danışıq, "la vəllah” və "bəla vəllah” mənalarındadır.
Ayədə qeyd olunmuş dövr həcc və ümrəyə aiddir. Təməttö ümrəsi şəvval, zilqədə və zilhiccə, həcc isə yalnız zilhiccə aylarında yerinə yetirilir.
Bildirişlər
1. İslami ibadətlərdə zamanın mühüm rolu var.
2. Həcc və Məkkənin səfalı mühiti və fəzasını günaha batmaqla, kin-küdurətlə bulaşdırmaq olmaz.
3. Allahın xəbərdarlığına iman və yəqinlik vəzifələrin icrasında insana sevinc və ümid bağışlayır.
4. Bütün səfərlərdə azuqəyə ehtiyac var. Həcc səfərində ən yaxşı azuqə təqvadır.
5. Təqva düşüncə nişanəsidir.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 197-ci ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 197-ci ayəsi nə haqqındadır?
Həcc(in zamanı) müəyyən olunmuş aylardır (Şəvval, Zilqədə və Zilhiccə ayları). Buna görə də, bu aylarda (ehram bağlamaqla) Həcci (özünə) vacib edən kəs (bilməlidir ki): Həccdə (həcc ehramında olan zaman) söyüş söymək, qadınlarla yaxınlıq, günah və mübahisə etmək (icazəsi) yoxdur. Allah etdiyiniz hər bir yaxşı işi bilir...
Əl-Bəqərə surəsi 197-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 197-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 197-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 197-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 197-ci ayənin təfsiri nədir?
"(Ümrə və) Həcc (mövsümü) müəyyən aylardır. (Şəvval, zilqədə, zilhiccə.) Hər kəs bu aylarda həcc əməlini yerinə yetirsə, (bilsin ki,) cinsi yaxınlıq, günah, pis danışıq həcdə rəva deyil. Gördüyünüz yaxşı işlərdən Allah xəbərdardır. Özünüz üçün azuqə hazırlayın. Əlbəttə, ən yaxşı azuqə təqvalı olmaqdır. Ey düşüncə sahibləri! Yalnız Məndən çəkinin.” Nöqtələr "Rəfəs” cinsi yaxınlıq, "fusuq” yalan, söyüş, pis danışıq, "la vəllah” və "bəla vəllah” mənalarındadır. Ayədə qeyd olunmuş dövr həcc və ümrəy...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.