Əl-Bəqərə surəsi · 200-cu ayə

Beləliklə, Həcc əməllərinizi yerinə yetirdikdən sonra, öz atalarınızı xatırladığınız kimi və ya ondan da yaxşı və dolğun şəkildə Allahı yada salın (ərəblərin adəti belə idi ki, onlar Həcc əməllərini yerinə yetirdikdən sonra Minada öz atalarının iftixar etməli işlərindən danışmağa başlayırdılar). Beləliklə, insanların bəzisi deyər: «Ey Rəbbimiz, bizə dünyada (nemət) ver!» Onların axirətdə heç bir payı yoxdur.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 200
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Elə ki, öz həcc mərasimlərinizi yerinə yetirdiniz, Allahı yad edin. Necə ki, öz atalarınızı yad edirsiniz. Bəlkə daha artıq və daha yaxşı! İnsanlardan bəziləri belə deyirlər: "Pərvərdigara! Bizə dünyada əta et!” Onların axirətdə bəhrələri yoxdur.”
Nöqtələr
Məkkə əhlindən bir dəstəsi həcc mərasimi başa çatdıqdan sonra bir məhəldə toplaşıb öz ata-babalarını xatırlayır və qürrələnirdilər. Quran göstəriş verir ki, ata-babalarınızla fəxr etmək əvəzinə Allahı yad edin.("Həcc”, 41. ) Əmr olunur ki, Allahın nemətlərini və yardımlarını dilə gətirin və bu işdə ciddi olun.
Bir şeyin xatırlanması onun insan düşüncəsinə hakim olması nişanəsidir. Ata-babalarını xatırlayıb onlarla iftixar edən kəs onların düşüncə və əqidəsini qəbul etmişdir. Bu cür xatırlamalar cəmiyyətdə cahil bir mədəniyyəti, əqidəni hakim edə bilər. Ona görə də həzrət Musa (ə) buyurmuşdur: "Mən Samirinin qızıl və dəyərli buzovunu yandırar, külünü dəryaya tökərəm. Çünki onlara tamaşa etmək şirk düşüncəsini insanlarda canlandırır.”
Bildirişlər
1. Boş vaxtı proqramlaşdırmaq tərbiyəçinin vəzifələrindəndir.
2. Allahın zikri kəmiyyət baxımından çox, keyfiyyət baxımından aşiqanə və xalisanə olmalıdır.
3. Məsələlərə səthi yanaşmayaq. Bəziləri ən üstün zaman və məkanda yalnız maddi nemətlərə çatmaq üçün dua edirlər.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 200-cu ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 200-cu ayəsi nə haqqındadır?
Beləliklə, Həcc əməllərinizi yerinə yetirdikdən sonra, öz atalarınızı xatırladığınız kimi və ya ondan da yaxşı və dolğun şəkildə Allahı yada salın (ərəblərin adəti belə idi ki, onlar Həcc əməllərini yerinə yetirdikdən sonra Minada öz atalarının iftixar etməli işlərindən danışmağa başlayırdılar). Beləliklə, insanların b...
Əl-Bəqərə surəsi 200-cu ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 200-cu ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 200-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 200-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 200-cu ayənin təfsiri nədir?
"Elə ki, öz həcc mərasimlərinizi yerinə yetirdiniz, Allahı yad edin. Necə ki, öz atalarınızı yad edirsiniz. Bəlkə daha artıq və daha yaxşı! İnsanlardan bəziləri belə deyirlər: "Pərvərdigara! Bizə dünyada əta et!” Onların axirətdə bəhrələri yoxdur.” Nöqtələr Məkkə əhlindən bir dəstəsi həcc mərasimi başa çatdıqdan sonra bir məhəldə toplaşıb öz ata-babalarını xatırlayır və qürrələnirdilər. Quran göstəriş verir ki, ata-babalarınızla fəxr etmək əvəzinə Allahı yad edin.("Həcc”, 41. ) Əmr olunur ki, Al...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.