Əl-Bəqərə surəsi · 202-ci ayə

Əldə etdiklərindən payları olacaq kəslər onlardır. Allah çox tez hesab çəkəndir (bir göz qırpımında Qiyaməti bərqərar edəcək və yaradılmışların aşkar və müfəssəl hesabından qabaq, bir anın içində onların hamısının gizlin və müxtəsər hesabını aparacaqdır).

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 202
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Onların öz kəsbindən (duasından) bəhrəsi və qisməti var. Allah sürətlə hər kəsin hesabına yetişər.”
Nöqtələr
Bəhrəyə ayədə "nəsib” deyilmişdir. Sanki insan üçün pay ayrılmışdır. Möminlər təkcə "Rəbbəna atina” duasından faydalanmırlar. Onlar öz təlaş və kəsblərindən də bəhrələnirlər. Bu bizə xəbərdarlıq edir ki, Allahın lütfü dua ilə yanaşı, çalışıb səy göstərənlərə aiddir.
Bildirişlər
1. İnsan qiyamətdə yalnız bəzi işlərindən faydalanır. İnsan bir çox işləri Allaha yaxınlıq məqsədi ilə, xalis niyyətlə görmədiyindən qiyamətdə həmin işlərdən bəhrələnmir.
2. Səy və təlaşsız heç bir bəhrə yoxdur.
3. Dərhal verilən mükafat bir imtiyazdır. (Həzrət Əli (ə) buyurmuşdur: "Allah bütün xalqın hesabına birdəfəyə yetişər. Necə ki, bütün xalqa birdəfəyə ruzi verir.”)

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 202-ci ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 202-ci ayəsi nə haqqındadır?
Əldə etdiklərindən payları olacaq kəslər onlardır. Allah çox tez hesab çəkəndir (bir göz qırpımında Qiyaməti bərqərar edəcək və yaradılmışların aşkar və müfəssəl hesabından qabaq, bir anın içində onların hamısının gizlin və müxtəsər hesabını aparacaqdır).
Əl-Bəqərə surəsi 202-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 202-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 202-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 202-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 202-ci ayənin təfsiri nədir?
"Onların öz kəsbindən (duasından) bəhrəsi və qisməti var. Allah sürətlə hər kəsin hesabına yetişər.” Nöqtələr Bəhrəyə ayədə "nəsib” deyilmişdir. Sanki insan üçün pay ayrılmışdır. Möminlər təkcə "Rəbbəna atina” duasından faydalanmırlar. Onlar öz təlaş və kəsblərindən də bəhrələnirlər. Bu bizə xəbərdarlıq edir ki, Allahın lütfü dua ilə yanaşı, çalışıb səy göstərənlərə aiddir. Bildirişlər 1. İnsan qiyamətdə yalnız bəzi işlərindən faydalanır. İnsan bir çox işləri Allaha yaxınlıq məqsədi ilə, xalis n...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.