Əl-Bəqərə surəsi · 207-ci ayə

İnsanlardan eləsi də var ki, Allahın razılığı üçün öz canını satır (hicrət gecəsi Peyğəmbərin - səlləllahu əleyhi və alihi və səlləm - yatağında yatmış Əli əleyhissalam kimi Allah yolunda canından keçir). Allah bəndələrə qarşı çox şəfqətli və mehribandır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 207
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Xalq arasında elələri var ki, Allahın razılığını əldə etmək üçün canını verir. Allah Öz bəndələrinə qarşı mehribandır.”
Nöqtələr
Yeddinci əsr sünni alimlərindən olan İbn Əbül-Hədid Nəhcül-bəlağənin şərhində deyir: "Bütün təfsirçilər bildirirlər ki, "bu ayə hicrət zamanı həzrət Peyğəmbərin (s) yerində yatmış Əli ibn Əbu-Talib haqqında nazil olmuşdur. Bu mövzu o qədər məşhurdur ki, yalnız kafir və divanə olan şəxs onu inkar edər.”("Mumtəhinə”, 8. )
Məkkə müşrikləri qərara gəldilər ki, İslam peyğəmbərini öldürmək üçün hər qəbilədən bir nəfər seçilsin. Onlar Bəni-Haşimin qan davasından qurtarmaq üçün bu işi cəm şəkildə görmək istəyirdilər. Həzrət Peyğəmbər (s) onların planından xəbər tutdu. Əli (ə) həzrət Peyğəmbərin (s) Məkkədən sağ-salamat çıxması üçün onun yerində yatdı. Ayə də onun şəninə nazil olmuşdu. (Bu həqiqəti etiraf etmiş böyük sünni alimlərinin adı Əllamə Əmininin "Əl-Ğədir” kitabında sadalanmışdır.)
Həmin təhlükəli gecədə həzrət Əli (ə) Peyğəmbərin (c) yerində yatdığı vaxt Allah-təala Cəbrail və Mikailə buyurdu: "Sizin hansınız o birinizə fəda olmağa hazırsınız?” Mələklərdən heç biri hazırlığını bildirmədi. Allah-təala buyurdu: "İndi baxın ki, Əli (ə) öz canını Allah rəsulunun yolunda fəda etməyə necə hazırdır!”
Bəzən bir yaxşı işi canlandırmaq və ya bir pis işi aradan qaldırmaq üçün canı fəda etmək lazım gəlir. Həzrət Əli (ə) buyurmuşdur: "Hər kəs əmr be məruf və nəhy əz münkər yolunda öldürülsə, bu ayənin nəzərdə tutduğu şəxslərdəndir.”("Ali-İmran”, 64. )
Bildirişlər
1. Münafiqin sözü gözəldir. O, insanı təəccübə gətirir. Möminin isə əməli dünyanı təəccübləndirir.
2. İsar əhlinin xatirəsini diri saxlayın.
3. Övliyalar yolunda ölüm bir dəyərdir.
4. Ən böyük fayda odur ki, insan ən böyük matah olan canını öz xaliqinə fəda etsin. Özü də bu iş behişt, cəhənnəmdən qurtuluş yolunda yox, yalnız Allah razılığı üçün olsun.
5. Allah yolunda təhlükəyə və canı fəda etməyə hazırlıq bu işin görülməsi kimidir. Ayənin nazil olma şəninə görə, burada o şəxs nəzərdə tutulur ki, hadisə baş verməmiş olsa da, o öz canını təhlükəyə atır.
6. Ən böyük mükafat Allahın mərhəmətidir. Allah hər bir iş müqabilində əvəz müəyyənləşdirmişdir. Bu ayədə isə belə buyurulur: "Allah "rəufdur”.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 207-ci ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 207-ci ayəsi nə haqqındadır?
İnsanlardan eləsi də var ki, Allahın razılığı üçün öz canını satır (hicrət gecəsi Peyğəmbərin - səlləllahu əleyhi və alihi və səlləm - yatağında yatmış Əli əleyhissalam kimi Allah yolunda canından keçir). Allah bəndələrə qarşı çox şəfqətli və mehribandır.
Əl-Bəqərə surəsi 207-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 207-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 207-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 207-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 207-ci ayənin təfsiri nədir?
"Xalq arasında elələri var ki, Allahın razılığını əldə etmək üçün canını verir. Allah Öz bəndələrinə qarşı mehribandır.” Nöqtələr Yeddinci əsr sünni alimlərindən olan İbn Əbül-Hədid Nəhcül-bəlağənin şərhində deyir: "Bütün təfsirçilər bildirirlər ki, "bu ayə hicrət zamanı həzrət Peyğəmbərin (s) yerində yatmış Əli ibn Əbu-Talib haqqında nazil olmuşdur. Bu mövzu o qədər məşhurdur ki, yalnız kafir və divanə olan şəxs onu inkar edər.”("Mumtəhinə”, 8. ) Məkkə müşrikləri qərara gəldilər ki, İslam peyğə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.