Əl-Bəqərə surəsi · 210-cu ayə

Məgər (sənin dəvətini inkar edənlər hərtərəfli dəlillər göstərilib tamamlandıqdan sonra) Allahın (əmrinin) ağ buluddan olan kölgəliklər içərisində onlara gəlməsini, (əzab) mələklərin(in) gəlib yetişmələrini və işin (onların həlak olmalarının) bitməsini istəyirlər?! Bütün işlər Allaha qaytarılacaqdır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 210
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Yoxsa bunu gözləyirlər ki, Allah və mələklər buludların kölgəsində onlara doğru gəlsin və iş bitsin? Halbuki aşkar ayələrdən sonra heç nəyə ehtiyac yoxdur.) Bütün işlər Allaha doğru dönəsidir.”
Nöqtələr
Peyğəmbərlərin dəvəti dəlil və möcüzə yolu ilə gerçəkləşir. Amma bəzən bəhanəcil xalq başqa şeylər gözləyir. Allah hər işə qadirdir. Bununla belə buyurur: Gözlədiyiniz baş verdikdən sonra da inadkarlıq etsəniz, Allahın qəhri sizi bürüyəcək, üzr və tövbə üçün möhlət olmayacaq... Deyilənlərin nümunəsi olaraq həzrət İsadan istənilmiş səmavi süfrəni (maidəni), həzrət Salehdən tələb olunan dəvəni göstərə bilərik. Əslində istədiyi möcüzə baş verən xalq dərhal itaət etməlidir. Əks təqdirdə onu Allahın qəzəbi bürüyəsidir. Əlbəttə, insanların möcüzə istəyi o vaxt gerçəkləşir ki, onların istəyi qeyri-mümkün olmasın. Məsələn, bir şəxs Allahı görmək istəsə, bu iş mahal olduğundan gerçəkləşəsi deyil. Belələrinə dərhal rədd cavabı verilir.
Allahın yaranış və tərbiyə nizamı sizin istəyinizə əsaslanmır. Bəlkə də siz Allahın və mələklərin buludlar üzərində sizə gəlməsini istəyəsiniz. Kimi də arzu edə bilər ki, mələklər onunla danışsın. Amma bütün bu işlər mümkün deyildir.
Bildirişlər
1. Peyğəmbərin risalətinin aşkar dəlilləri olduğu halda yersiz tələblər etmək qadağandır.
2. Allahı və mələkləri görmək tələbi haqdan qaçmaq üçün bir bəhanədir.
3. Hər şeyin qayıdışı Allaha doğrudur. Onun əsərlərini gördüyünüz halda nə üçün Onun Özünü görmək istəyirsiniz?

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 210-cu ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 210-cu ayəsi nə haqqındadır?
Məgər (sənin dəvətini inkar edənlər hərtərəfli dəlillər göstərilib tamamlandıqdan sonra) Allahın (əmrinin) ağ buluddan olan kölgəliklər içərisində onlara gəlməsini, (əzab) mələklərin(in) gəlib yetişmələrini və işin (onların həlak olmalarının) bitməsini istəyirlər?! Bütün işlər Allaha qaytarılacaqdır.
Əl-Bəqərə surəsi 210-cu ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 210-cu ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 210-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 210-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 210-cu ayənin təfsiri nədir?
"Yoxsa bunu gözləyirlər ki, Allah və mələklər buludların kölgəsində onlara doğru gəlsin və iş bitsin? Halbuki aşkar ayələrdən sonra heç nəyə ehtiyac yoxdur.) Bütün işlər Allaha doğru dönəsidir.” Nöqtələr Peyğəmbərlərin dəvəti dəlil və möcüzə yolu ilə gerçəkləşir. Amma bəzən bəhanəcil xalq başqa şeylər gözləyir. Allah hər işə qadirdir. Bununla belə buyurur: Gözlədiyiniz baş verdikdən sonra da inadkarlıq etsəniz, Allahın qəhri sizi bürüyəcək, üzr və tövbə üçün möhlət olmayacaq... Deyilənlərin nümu...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.