Əl-Bəqərə surəsi · 215-ci ayə

Səndən (Allah yolunda) nə xərcləmələrini soruşurlar, de: «(Malın növü mühüm deyil, mühüm odur ki,) xərclədiyiniz mal ata, ana, yaxınlar, yetimlər, yoxsullar və yolda qalmışlar üçün olsun. Şübhəsiz Allah etdiyiniz hər bir yaxşı işi bilir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 215
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Səndən soruşurlar ki, nəyi infaq etsinlər? De ki, hər nəyi (istəyirsinizsə) infaq edin, ata-ananız, yaxınlarınız, yetimlər, miskinlər, yolda qalanlar üçün olsun. (Bilin ki,) gördüyünüz hər bir xeyir işdən, həqiqətən, Allah xəbərdardır.”
Nöqtələr
Bu ayədə "xeyir” sözü iki dəfə işlədilmişdir: Biri xeyir infaq, digəri xeyir iş. Məlum olur ki, hətta pulu olmayanlar xeyir əməllə məqsədlərinə çata bilərlər.
Hədisdə oxuyuruq: "Qohumlar ehtiyaclı olduğu halda başqalarına sədəqə növbəsi çatmaz.”(Tövrat, s. t. b. 7, c. 3. )
İnfaqda əhəm və mühüm qaydalarına riayət olunur, kamil məlumat və mərhəmət ölçüləri nəzərə alınır.
İnfaq beş növdür:
1. Vacib infaq; məsələn: zəkat, xüms, kəffarə, fidyə, kişinin öhdəsində olan dolanışıq nəfəqəsi.
2. Müstəhəb infaq; məsələn, miskinlərə, yetimlərə kömək, dostlara hədiyyə.
3. Haram infaq; məsələn, qəsbi maldan infaq və ya günah yolda infaq.
4. Məkruh infaq; məsələn qohumlar arasında ehtiyaclı olduğu halda başqalarına infaq.
5. Mübah infaq. Başqalarının həyat şəraitini yaxşılaşdırmaq üçün edilən infaq. (Çünki fəqirliyi aradan qaldırmaq üçün edilən infaq vacib və müstəhəbdir.)
Bildirişlər
1. İnfaqın növünü, şəraitini və yolunu vəhy məktəbindən öyrənmək lazımdır.
İmam Səccad (ə) "Məkarimul-əxlaq” duasında Allahdan istəyir ki, onu infaq etməkdə hidayət buyursun.
2. Xalqın sualı Allah tərəfindən cavab nazil olması üçün zəmindir.
3. İnfaq böyük və kiçik işlərə şamil olunur.
4. Var dövlət, dünya malı imanlı insanların əlində xeyir mayasıdır.
5. Yaxşı və rəğbət doğuran şeylər infaq olunmalıdır.
6. İnfaq təkcə maddi şeylərə aid deyil və hər bir xeyir ona daxildir.
7. İnfaq ediləsi ən yaxşı ünvan valideyn və yaxınlardır.
8. Qohumlara infaq ailə əlaqələrinin möhkəmləndirilməsi səbəbidir. Başqalarına infaq isə ehtiyaclıların maddi və mənəvi çətinliklərini aradan qaldırır, təbəqələrarası ziddiyyəti yumşaldır.
9. Həkim (hikmət sahibi) o kəsdir ki, verdiyi cavabda işarə etdiyi məsələlərdən sual verən şəxs xəbərsiz olsun. Ayədə infaqın nədən olması soruşulur. Allah nümunələr müəyyənləşdirir.
10. İslam kasıb təbəqəyə xüsusi diqqət göstərir.
11. Saleh əməl istər aşkar olsun, istər məxfi, istər az olsun, istər çox, heç vaxt zay olmur.
12. Allahın bizim işlərimizdən xəbərdar olmasına iman ən yaxşı təşviqdir.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 215-ci ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 215-ci ayəsi nə haqqındadır?
Səndən (Allah yolunda) nə xərcləmələrini soruşurlar, de: «(Malın növü mühüm deyil, mühüm odur ki,) xərclədiyiniz mal ata, ana, yaxınlar, yetimlər, yoxsullar və yolda qalmışlar üçün olsun. Şübhəsiz Allah etdiyiniz hər bir yaxşı işi bilir.
Əl-Bəqərə surəsi 215-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 215-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 215-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 215-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 215-ci ayənin təfsiri nədir?
"Səndən soruşurlar ki, nəyi infaq etsinlər? De ki, hər nəyi (istəyirsinizsə) infaq edin, ata-ananız, yaxınlarınız, yetimlər, miskinlər, yolda qalanlar üçün olsun. (Bilin ki,) gördüyünüz hər bir xeyir işdən, həqiqətən, Allah xəbərdardır.” Nöqtələr Bu ayədə "xeyir” sözü iki dəfə işlədilmişdir: Biri xeyir infaq, digəri xeyir iş. Məlum olur ki, hətta pulu olmayanlar xeyir əməllə məqsədlərinə çata bilərlər. Hədisdə oxuyuruq: "Qohumlar ehtiyaclı olduğu halda başqalarına sədəqə növbəsi çatmaz.”(Tövrat,...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.