Əl-Bəqərə surəsi · 224-cü ayə

Allahı yaxşılıq etməməyiniz, təqvalı olmamağınız və insanların arasını düzəltməməyiniz kimi andlarınıza hədəf etməyin (müxtəlif bəhanələrə görə Ona and içməyin. Və ya: Allahı yaxşılıq edəcəyiniz, təqvalı olacağınız və insanların arasını düzəldəcəyiniz barəsindəki öz (təkrar) andlarınıza hədəf etməyin). (Allahın adını bu cür, hər şeyə görə Ona and içməklə hörmətdən salmayın.) Allah eşidən və biləndir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 224
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Yaxşılıq etmək, çəkinmək, xalq arasındakı islahla bağlı andlarınızda Allahı tutacaq qərar verməyin. Həqiqətən, Allah eşidən və biləndir.”
Nöqtələr
Çoxsaylı təfsirlərdə, o cümlədən "Məcməül-bəyan”, "Ruhul-bəyan” kimi kitablarda bu ayənin nazil olma şəni haqqında deyilir ki, həzrət Peyğəmbərin yaxınlarından olan Abdullah ibn Rəvahənin kürəkəni və qızı arasında ixtilaf düşərkən Abdullah onların işinə qarışmamaq barədə and içdi. Ayə nazil oldu və bu sayaq andlar qadağan edildi.
"Əymən” and mənası bildirən "yəmin” sözünün cəm formasıdır. "Urzət” sözü isə təhlükə astanasında olmaq mənasını verir.
Əməlinizə don geyindirmək və məsuliyyətdən qaçmaq məqsədi ilə andı vasitə seçməyin. Harada gəldi, Allahın müqəddəs adına əl atmayın. Bu iş özü də bir növ ədəbsizlikdir. İmam Sadiq (ə) buyurmuşdur: "Nə doğrudan, nə də yalandan Allaha and içməyin.”("Təfsiri-Məcməul-bəyan”. )
Bildirişlər
1. Allahın adı və müqəddəsliklərin hörməti saxlanılmalıdır.
2. Yaxşı işlərin, xalqın islahının qarşısını andla almaq olmaz.
3. Üstün dəyərlər və xeyir işlər yersiz bəhanələrlə tərk olunmamalıdır.
4. Unutmayın ki, Allah danışıqlarınızı eşidir və danışmadıqlarınızı da bilir. Hər bir söz və düşüncənin hesabını aparın.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 224-cü ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 224-cü ayəsi nə haqqındadır?
Allahı yaxşılıq etməməyiniz, təqvalı olmamağınız və insanların arasını düzəltməməyiniz kimi andlarınıza hədəf etməyin (müxtəlif bəhanələrə görə Ona and içməyin. Və ya: Allahı yaxşılıq edəcəyiniz, təqvalı olacağınız və insanların arasını düzəldəcəyiniz barəsindəki öz (təkrar) andlarınıza hədəf etməyin). (Allahın adını b...
Əl-Bəqərə surəsi 224-cü ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 224-cü ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 224-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 224-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 224-cü ayənin təfsiri nədir?
"Yaxşılıq etmək, çəkinmək, xalq arasındakı islahla bağlı andlarınızda Allahı tutacaq qərar verməyin. Həqiqətən, Allah eşidən və biləndir.” Nöqtələr Çoxsaylı təfsirlərdə, o cümlədən "Məcməül-bəyan”, "Ruhul-bəyan” kimi kitablarda bu ayənin nazil olma şəni haqqında deyilir ki, həzrət Peyğəmbərin yaxınlarından olan Abdullah ibn Rəvahənin kürəkəni və qızı arasında ixtilaf düşərkən Abdullah onların işinə qarışmamaq barədə and içdi. Ayə nazil oldu və bu sayaq andlar qadağan edildi. "Əymən” and mənası b...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.