Əl-Bəqərə surəsi · 226-cı ayə

Öz arvadlarından (onları incitmək məqsədilə) uzaqlaşmağa (onlarla dörd aydan da çox cinsi yaxınlıq etməməyə) and içən şəxslərə dörd ay möhlət vardır. Beləliklə əgər qayıtsalar (və kəffarə versələr və yaxınlıq etsələr) həqiqətən, Allah çox bağışlayan və mehribandır. (Həm bu andın haram iş üçün olmasına və həm də and içilən şeyin özünün haram olmasına baxmayaraq o, şəriət baxımından and kimi gerçəkləşir və onu pozmaq və kəffarə vermək vacibdir).

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 226
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Öz qadınlarına yaxınlaşmamaq barədə and içənlər üçün dörd ay möhlət var. Əgər (andlarından) dönsələr (onlara bir şey zəruri deyil), Allah bağışlayan və mehribandır.”
Nöqtələr
"İyla” sözü cinsi yaxınlığın tərk edilməsi barədə içilən and mənasını daşıyır. Cahiliyyət dövründə bəzi kişilər öz zövcələrini sıxıntıya salmaq, onları incitmək məqsədi ilə belə edərdilər. Onlar yaxşı ər deyildilər və qadınlarını boşamaqla azad etmirdilər. Bu ayə kişilərə dörd ay möhlət verir ki, öz zövcələri ilə münasibətlərini müəyyənləşdirsinlər. Ya andlarından geri dönsünlər, ya da talaq verib arvadlarını azad etsinlər. Əlbəttə ki, bu dörd ay müddət yersiz anda hörmət mənasını daşımır. Səbəb budur ki, adi şəraitdə heç bir kişi yaxınlığı dörd aydan çox tərk edə bilməz.
Bildirişlər
1. İslam məzlumların himayədarıdır. Qadınlar tarix boyu zülm və təzyiqlərə məruz qalmışlar. Quran dəfələrlə bu mövzunun üzərində dayanaraq qadınları himayə edir.
2. Xurafat və cahil ənənələrlə mübarizə peyğəmbərlərin məqsəd və vəzifələrindəndir.
3. İnsan bəzən ən pis işlər üçün də ən müqəddəs adları özünə sipər edir.
4. Qadının psixoloji və fizioloji haqlarına və ehtiyaclarına diqqət əsas məsələdir.
5. İnsanların öz xətalarını aradan qaldırması və düşüncəli qərar qəbul etməsi üçün möhlət lazımdır.
6. İnsanları boşanmaya yox, ailə həyatını davam etdirməyə çağırmaq lazımdır. Ər və arvad bilməlidirlər ki, ailə həyatına qayıdış ilahi mərhəmətin əldə olunması rəmzidir.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 226-cı ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 226-cı ayəsi nə haqqındadır?
Öz arvadlarından (onları incitmək məqsədilə) uzaqlaşmağa (onlarla dörd aydan da çox cinsi yaxınlıq etməməyə) and içən şəxslərə dörd ay möhlət vardır. Beləliklə əgər qayıtsalar (və kəffarə versələr və yaxınlıq etsələr) həqiqətən, Allah çox bağışlayan və mehribandır. (Həm bu andın haram iş üçün olmasına və həm də and içi...
Əl-Bəqərə surəsi 226-cı ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 226-cı ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 226-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 226-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 226-cı ayənin təfsiri nədir?
"Öz qadınlarına yaxınlaşmamaq barədə and içənlər üçün dörd ay möhlət var. Əgər (andlarından) dönsələr (onlara bir şey zəruri deyil), Allah bağışlayan və mehribandır.” Nöqtələr "İyla” sözü cinsi yaxınlığın tərk edilməsi barədə içilən and mənasını daşıyır. Cahiliyyət dövründə bəzi kişilər öz zövcələrini sıxıntıya salmaq, onları incitmək məqsədi ilə belə edərdilər. Onlar yaxşı ər deyildilər və qadınlarını boşamaqla azad etmirdilər. Bu ayə kişilərə dörd ay möhlət verir ki, öz zövcələri ilə münasibət...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.