Əl-Bəqərə surəsi · 231-ci ayə

Qadınlara talaq verdiyiniz və onlar iddələrinin sonuna yaxınlaşan zaman, (ya yenidən qayıdın və) onları yaxşılıq və xoşluqla saxlayın, ya da (qayıtmayaraq) onları yaxşılıq və xoşluqla buraxın. Onları əsla incitmək və ziyan vurmaq üçün saxlamayın ki, zülm etmiş olasınız. Belə edən kəs şübhəsiz özünə zülm etmişdir. Allahın ayələrini məsxərə etməyin və Allahın sizə olan (hədsiz) nemətini və kitab və hikmətdən (şəriət hökmləri və əqli maarifdən) nazil edərək vasitəsi ilə sizə nəsihət verdiyi şeyi xatırlayın. Allahdan qorxun və bilin ki, Allah hər şeyi biləndir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 231
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Qadınlarınıza talaq verdikdə və möhlət ("iddə”) başa çatdıqda, ya onları layiq olduqları tərzdə saxlayın, ya da bəyənilmiş şəkildə azad edin. Onları əziyyət vermək üçün saxlamayın ki, təcavüz edəsiniz. Belə edən şəxs özünə zülm edib. Allahın ayələrini məsxərəyə qoymayın. Allahın sizə verdiyi neməti, öyüd üçün nazil etdiyi səmavi kitabı və hikməti xatırlayın. Allahdan qorxun və bilin ki, Allah hər şeydən xəbərdardır.”
Nöqtələr
Çaşqınlıq, zülm, təhlükə böyük olan yerdə xəbərdarlıq və tövsiyələr də çox olmalıdır. Əvvəlki iki ayədə xoşluqla ayrılmaq tapşırılsa da, bu ayədə növbəti dəfə buyurulur: "Onları layiq olduqları tərzdə saxlayın, ya da bəyənilmiş şəkildə azad edin.” Çünki ayrılıq məqamında qadın və kişinin ruhi durumu adi olmur. Həmin vaxt intiqam hissi, bir-birinə zərbə vurmaq, əzab vermək istəyi öz fövqünə çatır.
Qadının hüquqlarının pozulmasında kişi özü də əzab çəkir. Qadın və kişi varlıq nizamında vahid bir cismin əzalarıdır. Bir əzanı incitmək bütün vücudu incitməkdir. Qadına zülm edən insan ilahi cəzanın görüşünə gedir. Ona görə də uyğun rəftarla özünə zülm etmiş olur.
Bildirişlər
1. İslam səfalı və sevgili birgə yaşayış istəyindədir. Qadını incitmək məqsədi ilə saxlamaq haramdır.
2. Həyat yoldaşı ilə pis rəftar edənlər təcavüzkardırlar.
3. Qadına zülm insanın özünə zülmdür.
4. İzdivac böyük ilahi ayələrdəndir.("Rum”, 26. )Yersiz talaqlar və əzab məqsədi ilə saxlamaqla bu müqəddəs qanuna istehza olunmamalıdır.
5. Kin-küdurət, acılıq əvəzinə nemətləri yad edin. Kiçik ailə problemlərini milyonlarla ilahi nemət kənarında böyük saymayın.
6. Ailə münasibətlərinin sağlamlaşdırılması üçün səmavi kitabın hökm və moizələrinə diqqət, həm də təqva lazımdır.
7. Özünü Allah hüzurunda bilən kəs günahdan çəkinər.
8. Boşanmada məqsədiniz yoldaşınıza zülm və sui-istifadə olsa, bilin ki, Allah bundan xəbərdardır.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 231-ci ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 231-ci ayəsi nə haqqındadır?
Qadınlara talaq verdiyiniz və onlar iddələrinin sonuna yaxınlaşan zaman, (ya yenidən qayıdın və) onları yaxşılıq və xoşluqla saxlayın, ya da (qayıtmayaraq) onları yaxşılıq və xoşluqla buraxın. Onları əsla incitmək və ziyan vurmaq üçün saxlamayın ki, zülm etmiş olasınız. Belə edən kəs şübhəsiz özünə zülm etmişdir. Allah...
Əl-Bəqərə surəsi 231-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 231-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 231-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 231-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 231-ci ayənin təfsiri nədir?
"Qadınlarınıza talaq verdikdə və möhlət ("iddə”) başa çatdıqda, ya onları layiq olduqları tərzdə saxlayın, ya da bəyənilmiş şəkildə azad edin. Onları əziyyət vermək üçün saxlamayın ki, təcavüz edəsiniz. Belə edən şəxs özünə zülm edib. Allahın ayələrini məsxərəyə qoymayın. Allahın sizə verdiyi neməti, öyüd üçün nazil etdiyi səmavi kitabı və hikməti xatırlayın. Allahdan qorxun və bilin ki, Allah hər şeydən xəbərdardır.” Nöqtələr Çaşqınlıq, zülm, təhlükə böyük olan yerdə xəbərdarlıq və tövsiyələr d...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.