Əl-Bəqərə surəsi · 232-ci ayə

Qadınlara talaq verdikdən və onlar iddənin sonuna çatdıqdan sonra, öz aralarında xoşluqla razılığa gəldikləri təqdirdə onların öz ərləri ilə (əvvəlki ərləri, ya yeni ərə gedəcəkləri kişilərlə) evlənmələrinə mane olmayın. Bununla (bu hökmlə) sizdən Allaha və axirət gününə iman gətirənlərə öyüd-nəsihət verilir. Bu, sizin üçün daha yaxşı və daha pakdır. Allah bilir, siz isə bilmirsiniz.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 232
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Qadınlarınıza talaq verdiyiniz və onların möhləti (iddəsi) başa çatdığı zaman onların əvvəlki həyat yoldaşları ilə izdivaclarına mane olmayın. Əlbəttə ki, aralarında bəyənilmiş şəkildə razılıq bərqərar olsa. Sizlərdən Allaha və qiyamət gününə inanan hər kəsə bu göstərişlərlə ibrət verilər. Bu əmr (ona əməl) sizin üçün daha çox xeyir və paklığınızın mayasıdır. Allah bilir, siz isə yox!”
Nöqtələr
Əgər boşanmış qadınlar öz keçmiş ərləri ilə razılığa gəlib yenidən ailə qursalar, ayrı-ayrı fərdlərin və cəmiyyətin islahında çox təsirli olar. Çünki belə hallarda onların şəxsi məlumatları və sirləri gizli qalır, övladlar öz valideynlərinin və həqiqi tərbiyəçilərinin qoynuna qayıdır. Digər tərəfdən, ər-arvad ayrılığın acısını çəkdiklərindən bir daha ayrılacaqlarından narahatdırlar.
Bildirişlər
1. Ər seçimində boşanmış qadının rəyi möhtərəmdir. Növbəti izdivacda başqasının icazəsinə ehtiyac yoxdur.
2. Bir dəfə boşanmaqla həmişəlik bədbin olmayın. Bəlkə də boşanmadan sonra hər iki tərəf peşman olub, bəyənilmiş tərzdə yeni həyata başlamaq istəsin.
3. Evlənmənin əsas şərti iki tərəfin razılığıdır.
4. İzdivac razılığı ağıl və ədalətə əsaslanmalıdır.
5. Başqalarının şəri izdivacı yolunda çətinlik yaradıb, pozucu fəaliyyət göstərənlər Allaha və qiyamət gününə olan imanlarına şəkk etməlidirlər.
6. Təbii və şəri cazibələrin qarşısını almayın. Boşanmış ər-arvad arasında şirin xatirələr də ola bilər. Bu xatirələr yada düşdükdə ər və arvad təbii və şəri yolla bir-birinə qovuşmasalar, büdrəmə və azğınlıq təhlükəsi yaranar.
7. Cəmiyyətin sağlamlığının hifzi üçün boşanmış qadınlar ərsiz qalmamalıdır.
8. Yenidən izdivacın bərəkəti, əvvəlki yoldaşın yanına qayıdış, eləcə də, boşanma və təkliyin fəsadları bəşər düşüncəsinin fövqündədir.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 232-ci ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 232-ci ayəsi nə haqqındadır?
Qadınlara talaq verdikdən və onlar iddənin sonuna çatdıqdan sonra, öz aralarında xoşluqla razılığa gəldikləri təqdirdə onların öz ərləri ilə (əvvəlki ərləri, ya yeni ərə gedəcəkləri kişilərlə) evlənmələrinə mane olmayın. Bununla (bu hökmlə) sizdən Allaha və axirət gününə iman gətirənlərə öyüd-nəsihət verilir. Bu, sizin...
Əl-Bəqərə surəsi 232-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 232-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 232-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 232-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 232-ci ayənin təfsiri nədir?
"Qadınlarınıza talaq verdiyiniz və onların möhləti (iddəsi) başa çatdığı zaman onların əvvəlki həyat yoldaşları ilə izdivaclarına mane olmayın. Əlbəttə ki, aralarında bəyənilmiş şəkildə razılıq bərqərar olsa. Sizlərdən Allaha və qiyamət gününə inanan hər kəsə bu göstərişlərlə ibrət verilər. Bu əmr (ona əməl) sizin üçün daha çox xeyir və paklığınızın mayasıdır. Allah bilir, siz isə yox!” Nöqtələr Əgər boşanmış qadınlar öz keçmiş ərləri ilə razılığa gəlib yenidən ailə qursalar, ayrı-ayrı fərdlərin...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.