Əl-Bəqərə surəsi · 237-ci ayə

Əgər qadınları mehriyyə təyin etmiş olduğunuz halda, onlarla yaxınlıq etmədən boşasanız, (qadınların) özləri və ya nikahlama (ixtiyarı) əlində olan kəs (onun başçısı və ya mütləq vəkili) güzəşt etməsə onda təyin etdiyinizin yarısı (sizin öhdənizədir). Sizin güzəşt etməyiniz (yəni mehriyyənin hamısını verməyiniz) təqvaya daha yaxındır. Öz aranızda ehsan və bəxşiş etməyi unutmayın ki, həqiqətən Allah etdiklərinizi görəndir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 237
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Mehriyyə təyin etdiyiniz qadınları onlarla yaxınlıq etməmiş boşasanız, təyin etdiyinizin yarısını onlara verin. Onlar (öz haqlarını) bağışlasalar bu ayrı. Ya da izdivac əqdi əlində olan kəs onu bağışlasın. Əgər bağışlasanız, (onların bütün mehrini ödəsəniz), bu iş təqvaya daha yaxındır. Öz aranızda yaxşılığı unutmayın ki, həqiqətən, Allah etdiyiniz işləri görəndir.”
Bildirişlər
1. Ailə məsələləri haqqında söhbət zamanı sözün iffətini qoruyun.
2. Mehriyyənin təyini və ödənməsi kişiyə vacibdir.
3. Bağışlama və güzəşt həm qadın, həm də kişi tərəfindən bəyənilmişdir. Ya qadın mehriyyənin yarısını bağışlasın, ya da kişi bütün mehriyyəni.
4. Qadının izdivac icazəsi onun böyüklərinin ixtiyarındadır.
5. Bağışlayanlar təqvaya daha yaxındırlar.
6. Talaq əfv və fəzlsiz olmamalıdır.
7. Talaqda əxlaqi məsələlər və insani kəramətlər unudulmamalıdır.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 237-ci ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 237-ci ayəsi nə haqqındadır?
Əgər qadınları mehriyyə təyin etmiş olduğunuz halda, onlarla yaxınlıq etmədən boşasanız, (qadınların) özləri və ya nikahlama (ixtiyarı) əlində olan kəs (onun başçısı və ya mütləq vəkili) güzəşt etməsə onda təyin etdiyinizin yarısı (sizin öhdənizədir). Sizin güzəşt etməyiniz (yəni mehriyyənin hamısını verməyiniz) təqvay...
Əl-Bəqərə surəsi 237-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 237-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 237-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 237-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 237-ci ayənin təfsiri nədir?
"Mehriyyə təyin etdiyiniz qadınları onlarla yaxınlıq etməmiş boşasanız, təyin etdiyinizin yarısını onlara verin. Onlar (öz haqlarını) bağışlasalar bu ayrı. Ya da izdivac əqdi əlində olan kəs onu bağışlasın. Əgər bağışlasanız, (onların bütün mehrini ödəsəniz), bu iş təqvaya daha yaxındır. Öz aranızda yaxşılığı unutmayın ki, həqiqətən, Allah etdiyiniz işləri görəndir.” Bildirişlər 1. Ailə məsələləri haqqında söhbət zamanı sözün iffətini qoruyun. 2. Mehriyyənin təyini və ödənməsi kişiyə vacibdir. 3...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.