Əl-Bəqərə surəsi · 239-cu ayə

Beləliklə əgər (düşməndən və ya başqa bir təhlükədən) qorxsanız, piyada, ya minikdə («xof» ya «mütaridə» namazı qılın). Asayiş tapdıqda isə (adi namazlarda və namazdan başqa yerlərdə) Allahı sizə bilmədiyiniz şeyləri öyrətdiyi kimi yada salın.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 238
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Əgər (düşməndən və ya başqa bir xətərdən) qorxsanız, piyada və ya süvari halda (mümkün şəkildə namaz qılın). Əmin-amanlığa çıxdıqda Allahı yad edin. Necə ki, bilmədiyinizi sizə öyrətdi.”
Nöqtələr
Quranda bəzən "səlat” yerinə "zikr” sözü işlədilmişdir. Məsələn, cümə namazı haqqında buyurulur: "Allahın zikrinə tələsin.” Başqa bir yerdə Allah-təala Musaya buyurur: "Namaz qıl ki, məni zikr edəsən.” Bu ayədə də məqsəd namazdır.
Bəli, namazın fəlsəfəsi və ruhu Allahın xatırlanmasıdır.
Bu ayədə döyüş şəraitində və fiqhdə adı çəkilən başqa şəraitlərdə qılınan qorxu namazına işarə olunmuşdur.
Hədislərdə oxuyuruq ki, həzrət Peyğəmbər (s) Əhzab döyüşündə işarə ilə namaz qıldı. Həzrət Əli (ə) bəzi savaşlarda işarə ilə namaz qılınması göstərişi vermişdi. Bir şəxs imam Kazimdən (ə) soruşdu: "Əgər yırtıcı bir heyvan bizə hücum etsə və namazın vaxtı dar olsa nə edək?” Həzrət buyurdu: "Hansı vəziyyətdəsinizsə, həmin vəziyyətdə də namaz qılın.” Hətta arxanız qibləyə olsa da!”("Kafi”, c. 6, s. 105. )
Bildirişlər
1. Namaz heç bir halda insanın boynundan götürülmür.
2. İslamda çətinlik və sıxıntı yoxdur. Bədəni aram saxlamağa, üzü qibləyə dayanmağa şərait olmadıqda və digər şərtlər ödənmədikdə, qayda əsasında namaz qılmaq vacib olmur.
3. Namaz nemətlərə şükürdür.
4. İnsan bir çox bilmədiyi məsələləri təcrübədə əldə edə bilər. Bəzi məlumatlar isə yalnız və yalnız vəhy yolu ilə əldə oluna bilər.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 239-cu ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 239-cu ayəsi nə haqqındadır?
Beləliklə əgər (düşməndən və ya başqa bir təhlükədən) qorxsanız, piyada, ya minikdə («xof» ya «mütaridə» namazı qılın). Asayiş tapdıqda isə (adi namazlarda və namazdan başqa yerlərdə) Allahı sizə bilmədiyiniz şeyləri öyrətdiyi kimi yada salın.
Əl-Bəqərə surəsi 239-cu ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 239-cu ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 239-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 239-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 239-cu ayənin təfsiri nədir?
"Əgər (düşməndən və ya başqa bir xətərdən) qorxsanız, piyada və ya süvari halda (mümkün şəkildə namaz qılın). Əmin-amanlığa çıxdıqda Allahı yad edin. Necə ki, bilmədiyinizi sizə öyrətdi.” Nöqtələr Quranda bəzən "səlat” yerinə "zikr” sözü işlədilmişdir. Məsələn, cümə namazı haqqında buyurulur: "Allahın zikrinə tələsin.” Başqa bir yerdə Allah-təala Musaya buyurur: "Namaz qıl ki, məni zikr edəsən.” Bu ayədə də məqsəd namazdır. Bəli, namazın fəlsəfəsi və ruhu Allahın xatırlanmasıdır. Bu ayədə döyüş ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.