Əl-Bəqərə surəsi · 244-cü ayə

Allah yolunda (düşmənlərlə) vuruşun və bilin ki, həqiqətən Allah eşidən və biləndir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 244
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Allah yolunda savaşın. Bilin ki, Allah eşidən və biləndir.”
Nöqtələr
Əvvəlki ayədə oxuduq ki, savaşdan qaçmaqla ölümdən yaxa qurtarmaq olmaz. Allahın qəhr və qəzəbi minlərcə fərarini əhatə edə bilər. Ayədə buyurulur: Bir halda ki ölüm və həyat Onun əlindədir, Onun yolunda vuruşun və bilin ki, mükafatınız Onun yanında hifz olunmuşdur. Çünki O, sizin başınıza gələnlərdən agahdır.
Bildirişlər
1. Cihad və mübarizə Allah üçün və Allah yolunda olduqda dəyərlidir. İntiqam, güc nümayişi, istismar, fatehlik məqsədi ilə savaş müqəddəs deyil. Belə savaşlar ilahi və insani dəyərlərə ziddir.
2. Allah yolunda savaş həyat nemətinə şükürdür. Əvvəlki ayədə buyurulur: Allah onları diriltdi, amma şükür etmədilər. Bu ayədə isə belə buyurulur: Allah yolunda savaşın... Bəli, cihad şükrün bir növüdür.
3. Savaş meydanında duruş üçün ən mühüm amil insanın Allah hüzurunda olmasına diqqətdir.
4. Cihaddan qaçmaq üçün bəhanə axtarmayın. Çünki Allah sizin niyyətlərinizi bilir və bəhanələrinizdən xəbərdardır.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 244-cü ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 244-cü ayəsi nə haqqındadır?
Allah yolunda (düşmənlərlə) vuruşun və bilin ki, həqiqətən Allah eşidən və biləndir.
Əl-Bəqərə surəsi 244-cü ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 244-cü ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 244-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 244-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 244-cü ayənin təfsiri nədir?
"Allah yolunda savaşın. Bilin ki, Allah eşidən və biləndir.” Nöqtələr Əvvəlki ayədə oxuduq ki, savaşdan qaçmaqla ölümdən yaxa qurtarmaq olmaz. Allahın qəhr və qəzəbi minlərcə fərarini əhatə edə bilər. Ayədə buyurulur: Bir halda ki ölüm və həyat Onun əlindədir, Onun yolunda vuruşun və bilin ki, mükafatınız Onun yanında hifz olunmuşdur. Çünki O, sizin başınıza gələnlərdən agahdır. Bildirişlər 1. Cihad və mübarizə Allah üçün və Allah yolunda olduqda dəyərlidir. İntiqam, güc nümayişi, istismar, fate...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.