Əl-Bəqərə surəsi · 260-cu ayə

(Yada sal) o zaman(ı) ki, İbrahim dedi: «Ey Rəbbim, ölüləri necə diriltməyini mənə göstər». Dedi: «Məgər (Mənim qüdrətimə və ya axirət gününə) imanın yoxdur?» Dedi: «Əksinə (imanım var)! Lakin qəlbimin (gözlə görərək) rahatlıq tapması üçün (istədim)». Dedi: «Belə isə, dörd (növ) quş götür, (cismlərində olan əlamətləri dəqiq görə bilməyin üçün) onları özünə yaxınlaşdır və (onları) tikə-tikə doğra(yıb bir-birinə qat). Sonra (bu ətrafdakı) hər dağın başına onlardan bir parça qoy. Daha sonra onları çağır, sürətlə sənin yanına gələcəklər. Bil ki, Allah yenilməz qüdrət və hikmət sahibidir».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 260
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Xatırla) o zaman ki, İbrahim dedi: "Pərvərdigara, mənə ölüləri necə diriltdiyini göstər.” (Allah-təala) buyurdu: "Məgər iman gətirməmisən?! (İbrahim) ərz etdi: "(İman gətirmişəm,) amma qəlbimin aram olması üçün.” (Allah-təala) Buyurdu: "Dörd quş (rəvayətə görə tovuz, xoruz, göyərçin və qarğa) tut və onları öz yanında yığıb tikə-tikə et, (bir-birinə qarışdır.) Sonra hər dağın başına ondan bir parça qoy. Sonra quşları çağır, sürətlə sənə doğru gəlsinlər. Bil ki, Allah hikmət sahibi, bacarandır.”
Nöqtələr
Həzrət Peyğəmbərdən (s) sonra tarixin yeganə böyük şəxsiyyəti həzrət Əli (ə) buyurmuşdur: "Əgər pərdələr çəkilsə, mənim yəqinimə əlavə olunmaz.”("Təfsiri-Qurtubi”, "Təfsiri-nümunə”. ) Amma başqa insanlar öz eşitdiklərini, hətta inandıqlarını da gözlə müşahidə etmək istəyirlər. Hamı şəkərin çuğundurdan hazırlandığını bilsə də, bu prosesin necə getdiyini bilmək istəyir.
Təfsirlərdə nəql olunmuşdur: Həzrət İbrahim bir dənizin kənarından keçirdi. Sahildə bir leş gördü. Onun yarısı suda, yarısı quruda idi. Quruda qalan hissəni quşlar, suda qalan hissəni dəniz heyvanları didişdirirdi. Həzrət öz-özünə dedi: "Əgər bu iş insanın başına gəlsə və insanın bədən zərrələri heyvanlar arasında bölüşdürülsə, qiyamət günü bu zərrələr bir yerə necə toplana bilər? Ona görə də Allahdan istədi ki, ölüləri necə diriltdiyini ona göstərsin. Allah da İbrahimin bu istəyini yerinə yetirib onu yəqin və əminlik nuruna qərq etdi.
Bildirişlər
1. Ölüləri diriltmək Allahın rübubiyyət şənindəndir.
2. Bir şeyi dərindən öyrənmək üçün hiss üzvlərindən istifadə zəruridir.
3. Həqiqətlərin kəşfi və onlara şahidlik elm, iman, dəlil mərtəbələrini adlamış kəslər üçündür. Hər kəsin yox, İbrahimin "göstər” ("ərini”) istəyinə cavab verilir.
4. İman və yəqinliyimizi dərinləşdirib əminlik həddinə çatmaq fikrində olaq. Araşdırma və maraq özü bir dəyərdir.
5. İmanın mərhələləri və dərəcələri var.
6. Qəlb aramlıq mərkəzidir.
7. İlahi övliyaların "təkvini vilayət” adlanan varlığa təsir gücü var.
8. Məad cismanidir. Qiyamətdə ruh bədənin həmin zərrələrinə qayıdasıdır.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 260-cu ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 260-cu ayəsi nə haqqındadır?
(Yada sal) o zaman(ı) ki, İbrahim dedi: «Ey Rəbbim, ölüləri necə diriltməyini mənə göstər». Dedi: «Məgər (Mənim qüdrətimə və ya axirət gününə) imanın yoxdur?» Dedi: «Əksinə (imanım var)! Lakin qəlbimin (gözlə görərək) rahatlıq tapması üçün (istədim)». Dedi: «Belə isə, dörd (növ) quş götür, (cismlərində olan əlamətləri ...
Əl-Bəqərə surəsi 260-cu ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 260-cu ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 260-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 260-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 260-cu ayənin təfsiri nədir?
"(Xatırla) o zaman ki, İbrahim dedi: "Pərvərdigara, mənə ölüləri necə diriltdiyini göstər.” (Allah-təala) buyurdu: "Məgər iman gətirməmisən?! (İbrahim) ərz etdi: "(İman gətirmişəm,) amma qəlbimin aram olması üçün.” (Allah-təala) Buyurdu: "Dörd quş (rəvayətə görə tovuz, xoruz, göyərçin və qarğa) tut və onları öz yanında yığıb tikə-tikə et, (bir-birinə qarışdır.) Sonra hər dağın başına ondan bir parça qoy. Sonra quşları çağır, sürətlə sənə doğru gəlsinlər. Bil ki, Allah hikmət sahibi, bacarandır.”...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.