Əl-Bəqərə surəsi · 262-ci ayə

Mallarını Allah yolunda xərcləyib, sonra etdikləri xərcin arxasınca minnət qoymayan və əziyyət etməyənlərin (dil yarası vurmayanların) Rəbbi yanında özlərinə layiq mükafatları vardır. (O dünyada da) onlar üçün nə bir qorxu var və nə də qəmgin olarlar.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 262
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Öz malını Allah yolunda infaq edən, sonra infaq etdiyi şeyə görə minnət qoymayan və əziyyət verməyənlərin mükafatı onlar üçün Allahın yanında saxlanılır. Nə qorxuları var, nə də qəmgin olarlar.”
Nöqtələr
İnfaq əmrində İslamın məqsədi yalnız fəqirlərin qarnını doyurmaq deyil. Bu gözəl iş ləyaqətli insanların əli ilə və bəyənilmiş şəkildə, müsbət hədəflərlə yerinə yetirilməlidir.
Bəzən insan Allaha doğru addım atıb işə yaxşılıqla başlayır. Amma qürur, minnət, gözləmə və bu kimi xislətlər səbəbindən infaqın dəyəri puça çıxır. Minnət qoymaq infaqı təsirdən salır. Çünki infaqda məqsəd ruhu xəsislikdən paka çıxarmaqdır. Amma ruh minnət səbəbindən bulaşmış olur. Minnət qoyan kəs ya özünü böyütmək, ya da infaq etdiyi şəxsi alçaltmaq fikrindədir. Bu işdə məqsəd xalqın diqqətinin cəlb edilməsi də ola bilər. Bütün hallarda minnət qoyulması ixlasdan uzaqdır. Allah bir bu qədər nemətə görə bizə nə minnət qoyub ki, biz də Onun verdiyindən bir qismini bağışladığımız üçün minnət qoyaq?! "Məcməül-bəyanda” nəql olunmuş rəvayətdə həzrət Peyğəmbər (s) buyurmuşdur: "Allah minnət qoyanlara qiyamətdə lətif nəzər salmaz.”
Bildirişlər
1. Yaxşılığa başlamaq kafi deyil. Yaxşı işi başa çatdırmaq şərtdir.
2. İslam məhrumların və fəqirlərin şəxsiyyətini hifz edir. Onların şəxsiyyətinin minnət qoymaqla alçaldılması yaxşı əməli batil edir.
3. İnsanın əməlləri bir-birinə təsir edir. Yəni bir əməl o biri əməli puça çıxara bilər. İnfaq fəqirliyə əlac üçündür. Amma minnət qoyulması infaqı fəqirlər üçün dərdə çevirir.
4. Allah infaq edənlərin gələcəyinə zamindir.
5. Bir şəxs minnət və əziyyətsiz - yalnız Allah razılığı üçün - infaq edərsə, ilahi aramlıqdan bəhrələnər.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 262-ci ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 262-ci ayəsi nə haqqındadır?
Mallarını Allah yolunda xərcləyib, sonra etdikləri xərcin arxasınca minnət qoymayan və əziyyət etməyənlərin (dil yarası vurmayanların) Rəbbi yanında özlərinə layiq mükafatları vardır. (O dünyada da) onlar üçün nə bir qorxu var və nə də qəmgin olarlar.
Əl-Bəqərə surəsi 262-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 262-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 262-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 262-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 262-ci ayənin təfsiri nədir?
"Öz malını Allah yolunda infaq edən, sonra infaq etdiyi şeyə görə minnət qoymayan və əziyyət verməyənlərin mükafatı onlar üçün Allahın yanında saxlanılır. Nə qorxuları var, nə də qəmgin olarlar.” Nöqtələr İnfaq əmrində İslamın məqsədi yalnız fəqirlərin qarnını doyurmaq deyil. Bu gözəl iş ləyaqətli insanların əli ilə və bəyənilmiş şəkildə, müsbət hədəflərlə yerinə yetirilməlidir. Bəzən insan Allaha doğru addım atıb işə yaxşılıqla başlayır. Amma qürur, minnət, gözləmə və bu kimi xislətlər səbəbind...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.