Əl-Bəqərə surəsi · 268-ci ayə

Şeytan (hər dəfə mallarınızı Allah yolunda xərclədiyiniz zaman) sizə yoxsulluq vəd edir və (xəsislik və sairə kimi) pis işləri əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanmaq və xeyir-bərəkət vədəsi verir. Allah geniş (vücud, qüdrət və rəhmət sahibi) və (hər şeyi) biləndir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 268
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Şeytan (infaq zamanı) sizi fəqirlik və yoxsulluqla qorxudaraq çirkin işlərə çağırır. Allah isə Öz tərəfindən sizə bağışlanma və rifah vədi verir. Allah vüsətbəxş və biləndir.”
Nöqtələr
İnfaq zamanı şeytan insanın sorağına gəlir və təlqin edir ki, bu gün infaq etsən, sabah özün fəqir olacaqsan. İnsana təlqin olunur ki, bu gün infaq etməyib toplasın, qocalıq və xəstəlik zamanı özünə xərcləsin - bütün bunlar şeytani təlqinlər və vədlərdir.
Qiyamət günü ilahi mərhəmətə olan ehtiyacımız bu mərhəmətə dünyadakı ehtiyacımızdan qat-qat artıqdır. Nəbadə dünya həyatındakı rifah fikri ilə Allahın mərhəmətini əldən verək. Çünki:
Əvvəla, insan qocalıb ehtiyaclı olmaya da bilər, amma qiyamətdəki ehtiyac qətidir.
İkincisi, bu gün sabah üçün topladığınız mal əldən çıxa da bilər. Amma bu günkü infaq qiyamət günü üçün qorunasıdır.
Üçüncü, bu gün topladığımız maldan qocalıq vaxtı faydalanmaya da bilərik. Amma bu günkü infaqdan qiyamət günü hökmən səmərə götürəsiyik.
Dördüncüsü, insanın topladığı maldan qocalıq zamanı istifadəsi müvəqqətidir. Amma qiyamətdə infaqdan bəhrələnmə insan üçün əbədidir.(Bax: Nisa”, 77. )
Bildirişlər
1. Şeytan insanı sevdiyi şeyləri infaq etməkdən çəkindirir.
2. Sizin xəsisliyiniz fəqirləri günaha və çirkin işlərə sövq edir.
3. İnsan Allah və ya şeytan yolunu seçməkdə azaddır.
4. İnsanı infaqdan çəkindirən və gələcəkdəki ehtiyaclarla qorxudan, eləcə də günaha həvəsləndirən ətrafdakılar şeytandırlar.
5. Fəqirlik və günah arasında əlaqə var. Bir çox günahların səbəbi fəqirlik qorxusudur.
6. İnfaq edilməməsi və ya xoşagəlməz şeylərin infaq edilməsi çirkinlik və günah nümunələrindəndir.
7. İnfaq malı artırar və günahların bağışlanmasına səbəb olar.
8. İnfaqın maneələri və şeytani düşüncələrlə mübarizə aparın. Fəqirlik qorxusu zamanı Allahın fəzl və lütfünü yada salın.
9. Sizi dar baxışlılıq, qorxu və mənfi təsirlərə məruz qoyan düşüncələr və xəyallar şeytanidir. Sizi hərəkətə gətirən, yaxşı işlərə həvəsləndirən düşüncələr isə ilahidir.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 268-ci ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 268-ci ayəsi nə haqqındadır?
Şeytan (hər dəfə mallarınızı Allah yolunda xərclədiyiniz zaman) sizə yoxsulluq vəd edir və (xəsislik və sairə kimi) pis işləri əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanmaq və xeyir-bərəkət vədəsi verir. Allah geniş (vücud, qüdrət və rəhmət sahibi) və (hər şeyi) biləndir.
Əl-Bəqərə surəsi 268-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 268-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 268-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 268-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 268-ci ayənin təfsiri nədir?
"Şeytan (infaq zamanı) sizi fəqirlik və yoxsulluqla qorxudaraq çirkin işlərə çağırır. Allah isə Öz tərəfindən sizə bağışlanma və rifah vədi verir. Allah vüsətbəxş və biləndir.” Nöqtələr İnfaq zamanı şeytan insanın sorağına gəlir və təlqin edir ki, bu gün infaq etsən, sabah özün fəqir olacaqsan. İnsana təlqin olunur ki, bu gün infaq etməyib toplasın, qocalıq və xəstəlik zamanı özünə xərcləsin - bütün bunlar şeytani təlqinlər və vədlərdir. Qiyamət günü ilahi mərhəmətə olan ehtiyacımız bu mərhəmətə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.