Əl-Bəqərə surəsi · 270-cu ayə

Şübhəsiz ki, Allah (haqq yolunda) xərclədiyiniz hər bir malı və (Allah yolunda) öhdənizə götürdüyünüz hər bir əhdi bilir (və onu mükafatlandırır). (Ona xilaf çıxmaq zülmdür) və zalımlara əsla bir kömək edən olmaz.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 270
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"İnfaq etdiyiniz hər bir malı və ya nəzir etdiyiniz hər bir şeyi Allah hökmən bilir. Zalımlar üçün heç bir yardımçı yoxdur.”
Bildirişlər
1. Bir halda ki, Allah bizim infaqımızdan xəbərdardır, onda ən yaxşı mallarımızı ən uca məqsədlər yolunda xərcləyək.
2. İnfaq varlılara və çox mala aid deyil. Az malı da infaq etmək olar. Bəzən saralmış bir yarpaq neçə-neçə qarışqa üçün su üstündə gəmi olur.
3. İnfaq, əl tutma, nəzir üçün ən üstün təşviq Allahın xəbərdar olduğuna inanmaqdır.
4. Təşviq və xəbərdarlıq hər ikisi inkişaf amilidir.
5. Nəzirə vəfa etmək vacib, onun tərki isə zülmdür.
6. Özünə zülm etməyin tövbə yolu və kəffarəsi var. İnfaqı tərk etmək səbəbindən məhrumlara edilən zülmdə isə kimsəyə yardımçı yoxdur.
7. Xəsis adamlar şəfaətə çatmaz. (Bax: "Nisa”, 31. )
8. Əgər xəsisliyin səbəbi mal və xalq olarsa, bilin ki, Allahın qəzəbi gəldikdə nə malın, nə də xalqın faydası olmur.
9. Cərimə günaha uyğun olmalıdır. Dünyada infaqla kimsəyə əl tutmayana axirətdə kimsə əl tutası deyil.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 270-cu ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 270-cu ayəsi nə haqqındadır?
Şübhəsiz ki, Allah (haqq yolunda) xərclədiyiniz hər bir malı və (Allah yolunda) öhdənizə götürdüyünüz hər bir əhdi bilir (və onu mükafatlandırır). (Ona xilaf çıxmaq zülmdür) və zalımlara əsla bir kömək edən olmaz.
Əl-Bəqərə surəsi 270-cu ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 270-cu ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 270-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 270-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 270-cu ayənin təfsiri nədir?
"İnfaq etdiyiniz hər bir malı və ya nəzir etdiyiniz hər bir şeyi Allah hökmən bilir. Zalımlar üçün heç bir yardımçı yoxdur.” Bildirişlər 1. Bir halda ki, Allah bizim infaqımızdan xəbərdardır, onda ən yaxşı mallarımızı ən uca məqsədlər yolunda xərcləyək. 2. İnfaq varlılara və çox mala aid deyil. Az malı da infaq etmək olar. Bəzən saralmış bir yarpaq neçə-neçə qarışqa üçün su üstündə gəmi olur. 3. İnfaq, əl tutma, nəzir üçün ən üstün təşviq Allahın xəbərdar olduğuna inanmaqdır. 4. Təşviq və xəbərd...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.