Əl-Bəqərə surəsi · 272-ci ayə

Onların (batini) hidayətləri sənin öhdəndə deyildir (sənin vəzifən çatdırmaq, qorxutmaq, müjdə vermək və dəlil gətirməkdən ibarətdir). Lakin (Öz hikmət və rəhmətinə uyğun olaraq) istədiyini hidayət edən Allahdır. (Allah yolunda) nə mal xərcləyirsinizsə öz xeyrinizədir və Allahın razılığını qazanmaqdan başqa bir şey üçün xərcləmirsiniz. (Odur ki, malların ən yaxşısını xərcləyin və minnət də qoymayın). (Allah yolunda) xərclədiyiniz hər bir mal (onun mükafatı və ya onun eynilə özü axirətdə) kamil surətdə sizə veriləcək, sizə əsla zülm olunmayacaq, haqqınızdan kəsilməyəcəkdir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 272
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"İnsanların hidayəti sənin öhdənə deyil. Allah istədiyini hidayət edir. Yaxşılıqlardan infaq etdiyiniz öz xeyirinizədir. Allahın razılığından başqa şey üçün infaq etməyin. Yaxşı infaqlarınızın əvəzi tam şəkildə sizə veriləcəkdir. Sizə zülm edilməyəcək.”
Nöqtələr
"Məcməul-bəyan” təfsirində və Fəxr Razinin təfsirində bu ayələrin nüzul şəni haqqında qeyd olunur ki, müsəlmanlar müşrik və qeyri-müsəlman fəqirə infaq barədə şəkkə düşdükləri vaxt bu ayə nazil oldu.
Həzrət Peyğəmbər (s) və Əhli-beytin (ə) həyat yolunda qeyri-müsəlmanlara infaq nümunələri ilə rastlaşırıq. Hətta bu ilahi şəxsləri təhqir edənlər və ya onların haqqını qəsb edənlər də onlar tərəfindən xeyirxahlıq görmüşlər.
Bildirişlər
1. Kafirlərin iman gətirməsi üçün iqtisadi təzyiqlərdən və infaqın tərk olunmasından istifadə etməyin.
2. Hidayət yalnız hazırlıqlı qəlblərə şamil olan ilahi tövfiqdir.
3. Məhrumların halına yanmaq insanlıq vəzifəsidir. Bu səbəbdən də qeyri-müsəlmanlar infaqdan məhrum edilməməlidir.
4. İslam insansevər bir məktəbdir. Bu din hətta qeyri-müsəlmanlara münasibətdə də fəqirliyi və məhrumluğu bəyənmir.
5. Etdiyiniz infaqın faydası özünüzə qayıdar. Bu iş sizdəki səxavət ruhunu dirçəldər. İnfaq vasitəsi ilə təbəqələrarası ixtilaf və ictimai partlayışların qarşısını alın. Bu yolla cəmiyyətdə məhəbbət yaranar. İnfaq sizin malınızı azaltmır, əksinə sizin paklığınıza səbəb olur.
6. Yalnız Allahın razılığı üçün infaq edin. Çünki bu dünyaya aid olan bütün faydalar bir gün aradan gedəcək, Allah razılığı üçün görülən işlər isə daim bəhrəli qalacaqdır.
7. Var-dövlətdə xeyir var.
8. İnfaq edərkən əliniz və qəlbiniz açıq olsun. Çünki infaq etdiklərinizi son zərrəsinədək geri alacaqsınız.
9. Qiyamətdə o insanlar faydalanır ki, məqsədləri yalnız Allahın razılığı olmuşdur.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 272-ci ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 272-ci ayəsi nə haqqındadır?
Onların (batini) hidayətləri sənin öhdəndə deyildir (sənin vəzifən çatdırmaq, qorxutmaq, müjdə vermək və dəlil gətirməkdən ibarətdir). Lakin (Öz hikmət və rəhmətinə uyğun olaraq) istədiyini hidayət edən Allahdır. (Allah yolunda) nə mal xərcləyirsinizsə öz xeyrinizədir və Allahın razılığını qazanmaqdan başqa bir şey üçü...
Əl-Bəqərə surəsi 272-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 272-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 272-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 272-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 272-ci ayənin təfsiri nədir?
"İnsanların hidayəti sənin öhdənə deyil. Allah istədiyini hidayət edir. Yaxşılıqlardan infaq etdiyiniz öz xeyirinizədir. Allahın razılığından başqa şey üçün infaq etməyin. Yaxşı infaqlarınızın əvəzi tam şəkildə sizə veriləcəkdir. Sizə zülm edilməyəcək.” Nöqtələr "Məcməul-bəyan” təfsirində və Fəxr Razinin təfsirində bu ayələrin nüzul şəni haqqında qeyd olunur ki, müsəlmanlar müşrik və qeyri-müsəlman fəqirə infaq barədə şəkkə düşdükləri vaxt bu ayə nazil oldu. Həzrət Peyğəmbər (s) və Əhli-beytin (...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.