Əl-Bəqərə surəsi · 28-ci ayə

Allaha necə kafir olursunuz, halbuki siz ölü idiniz (bədəninizi təşkil edən ilk maddələr bir-birinə birləşməmişdən və ruh üfürülməmişdən qabaq cansız hissələr idi), O, sizi diriltdi, sonra sizi öldürəcək və yenidən dirildəcək. Daha sonra isə Ona tərəf qaytarılacaqsınız.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ : Bəqərə 28 ci ayə
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
28. كَيْفَ تَكْفُرُونَ بِاللَّهِ وَكُنتُمْ أَمْوَاتاً فَأَحْيَاكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يُحْيِيكُمْ ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ
"Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi. O sizi (əcəliniz gəldikcə) yenə öldürəcək, sonra (qiyamətdə) yenə də dirildəcək və daha sonra siz (əməllərinizin haqq-hesabı çəkilmək üçün) Ona tərəf (Onun hüzuruna) qaytarılacaqsınız.”
Nöqtələr
Allahı tanımağın (allahşünaslığın) ən yaxşı yolu özümüz və aləmin yaranışı haqqında düşünməyimizdir. Həzrət İbrahim Allahın varlığını sübut edərkən buyurmuşdur: "Mənim Allahım bir kəsdir ki, dirildir və öldürür.”("İbrahim”, 24. ) Həyatın yaranması və ölüm haqqında düşüncələr həyatın başqa bir varlıq tərəfindən yaradıldığını onun nəzərinə çatdırır. Əgər həyatı insan özü yaratmış olsaydı, onu əbədi edərdi. İnsan düşünür: "Nə üçün nə vaxtsa olmayıb, sonra olub, daha sonra isə yenidən olmayacaq?” Allah buyurur: "İndi ki, cansız ikən cana gəldiyinizi gördünüz, bilin ki, qiyamət günü də dirilməyiniz eyni cürdür.”
Həyat məsələsinin mahiyyəti məchul olsa da, onun əsərləri insanın vücudunda görünməkdədir. Həyatın xaliqinin də mahiyyəti dərk olunası deyil. Amma Onun da əsərləri hər şeydə aşkardır.
Bildirişlər
1. Əql və fitrətdən sorğu təbliğ və hidayət üsullarından biridir. ("Kəyfə təkfurunə...”)
2. Həyat və ölüm haqqında düşüncə Allahın varlığının isbatının ən üstün dəlilidir. ("Kuntum əmvatən”) Özünütanıma allahşünaslığın müqəddiməsidir.
3. İlahi dünyagörüşündə, həyat və ölümdə məqsəd təkamül və kamal mənbəyinə dönüşdür. ("Summə iləyi turcəun”) Mövləvi öz "Məsnəvi”sinin üçüncü dəftərində deyir:
Torpaq ikən ölüb cücərti oldum,
Bir də ölüb heyvan yerində qaldım.
Heyvan ikən ölüb döndüm insana,
Ucalıq verirmiş ölüm bu cana.
Kaş bir daha dadım onun tamını,
Bilinməz məqamda alım kamımı.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 28-ci ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 28-ci ayəsi nə haqqındadır?
Allaha necə kafir olursunuz, halbuki siz ölü idiniz (bədəninizi təşkil edən ilk maddələr bir-birinə birləşməmişdən və ruh üfürülməmişdən qabaq cansız hissələr idi), O, sizi diriltdi, sonra sizi öldürəcək və yenidən dirildəcək. Daha sonra isə Ona tərəf qaytarılacaqsınız.
Əl-Bəqərə surəsi 28-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 28-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 28-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 28-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 28-ci ayənin təfsiri nədir?
28. كَيْفَ تَكْفُرُونَ بِاللَّهِ وَكُنتُمْ أَمْوَاتاً فَأَحْيَاكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يُحْيِيكُمْ ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ "Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi. O sizi (əcəliniz gəldikcə) yenə öldürəcək, sonra (qiyamətdə) yenə də dirildəcək və daha sonra siz (əməllərinizin haqq-hesabı çəkilmək üçün) Ona tərəf (Onun hüzuruna) qaytarılacaqsınız.” Nöqtələr Allahı tanımağın (allahşünaslığın) ən yaxşı yolu özümüz və aləmin yaranışı haqqında düşünməyimizdir. Həzrət ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.