Əl-Bəqərə surəsi · 34-cü ayə

Və (yadına sal) o zaman(ı) ki, mələklərə «Adəmə səcdə və təzim edin!» buyurduq. İblisdən başqa onların hamısı səcdə etdi. O (isə) boyun qaçırtdı və təkəbbür göstərdi. O, (öz küfrünü gizli saxlayan) kafirlərdən idi.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 34
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
34. وَإِذْ قُلْنَا لِلْمَلاَئِكَةِ اسْجُدُواْ لآدَمَ فَسَجَدُواْ إِلاَّ إِبْلِيسَ أَبَى وَاسْتَكْبَرَ وَكَانَ مِنَ الْكَافِرِينَ
"Mələklərə "Adəmə səcdə edin” dediyimiz vaxt İblisdən başqa hamısı səcdə etdi. İblis boyun əyməyib təkəbbürlük göstərdi və kafirlərdən oldu.”
Nöqtələr
Quranın bildirdiyinə görə İblis mələklərlə bir cərgədə ibadət edən cin idi. ("Kanə minəl-cin”)("Kəhf” 50. )
Allahın əmri ilə Adəmə səcdə, əslində Allaha bəndəlik idi. ("Uyunul-əxbarir-Riza”) Çünki gerçək ibadət bizim meylimizə əsaslanan yox, Allahın istədiyi əməldir. İblis Allaha əsrlərcə səcdə etməyə hazır idi. Amma Adəmə səcdə etmədi!
İblis iki azğınlığa yol verdi:
a) Etiqadi azğınlıq; "Əba" (boyun əyməmək) onun günahının səbəbi oldu.("Zümər”, 72. )
b) Əxlaqi azğınlıq; Təkəbbür İblisin cəhənnəmə getməsinin səbəbi oldu.("Ə`raf”, 11. )
Adəmə səcdə şəxsən ona yox, bütün nəslinə və övladına xatir idi. Çünki başqa bir yerdə buyurulur: "Sizi xəlq etdik, sonra sizə surət verdik və mələklərə "Adəmə səcdə edin” dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə edənlərdən olmadı.("Təfsiri-safi”. ) İmam Səccad (ə) buyurmuşdur: "Həzrət Peyğəmbər (s) buyurdu ki, Adəmə səcdə onun züryətinə və nəslinə xatir idi.("Fussilət”, 29. )
Mələklərin səcdəsi müvəqqəti idi. Amma onların möminlərə nazil olması və onlar üçün istiğfarları daimidir. "Allah bizim Rəbbimizdir” deyib, bu əqidədə sabit qalanlara mələklər nazil olar”.("Hicr”, 29. )
Adəmə cisminə görə yox, ilahi ruhuna görə səcdə edilməli idi.("Saffat”, 146. )
Bütün mələklər insana səcdə etdiyi halda insanın Allaha səcdə etməməsi insafsızlıqdır.
Bildirişlər
1. İnsan kimi mələklərə də xitab edilir, əmr olunur və qadağa qoyulur. ("Uscudu li Adəmə”)
2. Ləyaqət uzaq keçmişə malik olmaqdan mühümdür. Belə ki, qədim mələklər yeni insana səcdə etməli idilər. ("Uscudu li Adəmə”)
3. Əməldə itaətsizlikdən də təhlükəli olan şey Allah əmrinə etiqadsızlıqdır. ("Əba vəstəkbər”)
4. İblisin təkəbbürü və cəsarəti onun bədbəxtliyinə səbəb oldu. ("Kanə minəl kafirin ")

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 34-cü ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 34-cü ayəsi nə haqqındadır?
Və (yadına sal) o zaman(ı) ki, mələklərə «Adəmə səcdə və təzim edin!» buyurduq. İblisdən başqa onların hamısı səcdə etdi. O (isə) boyun qaçırtdı və təkəbbür göstərdi. O, (öz küfrünü gizli saxlayan) kafirlərdən idi.
Əl-Bəqərə surəsi 34-cü ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 34-cü ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 34-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 34-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 34-cü ayənin təfsiri nədir?
34. وَإِذْ قُلْنَا لِلْمَلاَئِكَةِ اسْجُدُواْ لآدَمَ فَسَجَدُواْ إِلاَّ إِبْلِيسَ أَبَى وَاسْتَكْبَرَ وَكَانَ مِنَ الْكَافِرِينَ "Mələklərə "Adəmə səcdə edin” dediyimiz vaxt İblisdən başqa hamısı səcdə etdi. İblis boyun əyməyib təkəbbürlük göstərdi və kafirlərdən oldu.” Nöqtələr Quranın bildirdiyinə görə İblis mələklərlə bir cərgədə ibadət edən cin idi. ("Kanə minəl-cin”)("Kəhf” 50. ) Allahın əmri ilə Adəmə səcdə, əslində Allaha bəndəlik idi. ("Uyunul-əxbarir-Riza”) Çünki gerçək ibadət bizim mey...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.