Əl-Bəqərə surəsi · 37-ci ayə

(Yer üzündə bir müddət qaldıqdan) sonra, Adəm öz Rəbbi tərəfindən bəzi kəlmələr aldı (ona tövbə təlqin olundu və ya öyrədilən adlarla ona tövbə ilham olundu və o, tövbə etdi). Allah da ona nəzər edərək tövbəsini qəbul etdi. O, çox tövbə qəbul edən və mehribandır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 37
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
37. فَتَلَقَّى آدَمُ مِن رَّبِّهِ كَلِمَاتٍ فَتَابَ عَلَيْهِ إِنَّهُ هُوَ التَّوَّابُ الرَّحِيمُ
"Adəm öz Rəbbindən bəzi sözlər öyrənərək tövbə etdi. Belə ki, Allah Öz lütfünü ona doğru döndərdi. Həqiqətən, O, tövbələri qəbul edən və mehribandır.”
Nöqtələr
Adəm qadağan olunmuş şeydən daddığı üçün bütün nemətlərdən və rifahdan məhrum oldu. O öz səhvini anladı və peşmanlığı səbəbindən Allahdan bəzi sözlər öyrəndi. Bu sözlər vasitəsi ilə tövbə etdi. ("Tövbə” geri dönməkdir.)
Şiə və sünni rəvayətlərindən məlum olur ki, Adəmin tövbə üçün istifadə etdiyi kəlmələr Allahın ən üstün yaranmışları olan həzrət Məhəmməd (s) və onun Əhli-beytinə (ə) təvəssüldən ibarət idi. "Təfsiri-dürrül-mənsur” kitabında İbn-Abbasdan nəql olunmuşdur ki, Adəm öz tövbəsinin qəbul olunması üçün Allahı Məhəmməd (s), Əli (ə), Fatimə (s), Həsən (ə) və Hüseyn (ə) adlarına and verdi.("Ə`raf”, 23. ) Bəziləri də belə düşünürlər ki, Adəmin dediyi sözlər "Əraf” surəsində bəyan olunmuş sözlərdir: "Pərvərdigara! Biz özümüzə zülm etdik. Əgər Sən bizi bağışlamasan və Öz rəhmətində qərar verməsən, hökmən ziyankarlardan olacağıq.("Bəqərə”, 124)
Bildirişlər
1. Tövbə tövfiqi (yardımı) Allahdan olduğu üçün, tövbə yolunu da Allahdan öyrənmək lazımdır. ("Min rəbbihi kəlimatin”)
2. Tövbənin qəbulu, onun gerçəkləşmə yolu Allahın tərbiyə və rübubiyyət sifətlərindəndir. ("Min rəbbih”)
3. Bütün lütflər və tövbənin qəbulu yalnız Allahın işidir. ("Huvə”)
4. Əgər tövbə həqiqi tövbə olsa, Allah onu qəbul edər. ("Huvət təvvab”)
5. Tövbəni pozduğumuz zaman yenidən tövbəni qəbul edən Allahdır ("Huvət təvvab”)
6. Allahın üzrü qəbul etməsi danlaq və məzəmmətlə yox, onun mərhəməti ilə müşayiət olunur. ("Əttəvvabur rəhim”)

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 37-ci ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 37-ci ayəsi nə haqqındadır?
(Yer üzündə bir müddət qaldıqdan) sonra, Adəm öz Rəbbi tərəfindən bəzi kəlmələr aldı (ona tövbə təlqin olundu və ya öyrədilən adlarla ona tövbə ilham olundu və o, tövbə etdi). Allah da ona nəzər edərək tövbəsini qəbul etdi. O, çox tövbə qəbul edən və mehribandır.
Əl-Bəqərə surəsi 37-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 37-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 37-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 37-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 37-ci ayənin təfsiri nədir?
37. فَتَلَقَّى آدَمُ مِن رَّبِّهِ كَلِمَاتٍ فَتَابَ عَلَيْهِ إِنَّهُ هُوَ التَّوَّابُ الرَّحِيمُ "Adəm öz Rəbbindən bəzi sözlər öyrənərək tövbə etdi. Belə ki, Allah Öz lütfünü ona doğru döndərdi. Həqiqətən, O, tövbələri qəbul edən və mehribandır.” Nöqtələr Adəm qadağan olunmuş şeydən daddığı üçün bütün nemətlərdən və rifahdan məhrum oldu. O öz səhvini anladı və peşmanlığı səbəbindən Allahdan bəzi sözlər öyrəndi. Bu sözlər vasitəsi ilə tövbə etdi. ("Tövbə” geri dönməkdir.) Şiə və sünni rəvayətlər...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.